AZƏRTAC-ın 20 oktyabr məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 42,48 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 40,57 dollara satılır.
Azərbaycan nefti “AzəriLayt”ın bir barrelinə 42,44 dollar qiymət qoyulduğu vurğulanır.
2020-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 35 dollardır.
“AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02, avqusta 44,36, sentyabra 45,92, oktyabra 40,92 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvarda 678 min barrel, fevralda 667,4 min barrel, martda 683,7 min barrel, apreldə 679,8 min barrel, mayda 557,2 min barrel, iyunda 553,8 min barrel, iyulda 554,1 min barrel, avqustda 584,6 min barrel, sentyabrda 585 min barrel göstərilib.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 26,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.