Oktyabrın 19-da prezident İlham Əliyev özünün rəsmi “Tvitter” hesabında yeni xəbər yayıb. O bildirib ki, Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri işğaldan qurtulub.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, Azərbaycan torpaqlarının işğalına başlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) tutulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl və Füzuli şəhərləri və həmin rayonların bir çox kəndi, Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Müdafiə Nazirliyinin məlumatına görə, ötən gün ərzində və oktyabrın 19-na keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib: “Düşmən bölmələrimizin müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun fəaliyyətləri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, xeyli hərbi texnikası məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.
Bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini yaralanıblar.
5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Ölənlər arasında tabor komandirinin müavini də var. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edilib.
İşğal olunmuş ərazilərdə döyüş mövqelərindən qaçan hərbi vəzifəlilərin, könüllülərin, həmçinin Ermənistana köç etmək istəyən 55 yaşına qədər kişilərin qarşısını almaq məqsədilə yollarda komendant postları qurulub. Bu məntəqələrdə avtomobillərin yoxlanması zamanı çoxlu sayda silah-sursat, hərbi geyim və ləvazimat, eləcə də yataq dəstlərinin döyüş bölgəsindən çıxarılaraq Ermənistana daşındığı məlum olub”.
Azərbaycan Respublikasının xəritəsi
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib
Müdafiə Nazirliyinin döyüş hesabatı
“Bu, Ermənistanın növbəti təxribatıdır”
İsveçdə yanlış Qarabağ təsəvvürü
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Prezident İlham Əliyevin xalqa müraciəti
“Ermənistan prezidentinin dedikləri feykdir”
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib
Prezident Gəncəyə raket hücumuna münasibət bildirib
Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi
Ermənistanın raket kompleksləri vurulub
“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”
“O sözlər olmasaydı, bəlkə də burada vəziyyət qarışardı”
Azərbaycan Respublikasının xəritəsi
Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”
Baş Prokurorluğun yeni hesabatı
Tərtər qəbiristanlığı vuruldu, 3 nəfər həlak oldu
Prezident: “Yaxın zamanda Füzulidən çox yaxşı xəbərlər gələcək”
“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”
Əli Kərimli daha iki həmsədr təklif edir
Düşmən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad olundu
Gəncə: 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 uşaq itkin düşüb
Füzuli şəhəri və 7 kənd azad edildi
Xalqa müraciət. 17 oktyabr, 2020-ci il