2020-ci il oktyabrın 1-nə Azərbaycanda iqtisadi fәal әhalinin sayı 5 milyon 249,1 min nәfәr olub, onların 4 milyon 884,9 min nәfәri işləyib. Dövlət Statistika Komitəsi belə hesabat yayıb.
Muzdla çalışan işçilәrin sayı sentyabrın 1-nə 1 milyon 670,9 min nәfәr göstərilib. Rəsmi açıqlamaya görə, iqtisadiyyatın neft-qaz sektorunda 34 min nәfәr, qeyri neft-qaz sektorunda 1 milyon 636,9 min nәfәr çalışıb.
Başqa bir hesabata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında statistik vahidlәrin (fәrdi sahibkarlar istisna olmaqla) sayı 4,7 faiz artaraq 153 min 157-yə çatıb. Statistik vahidlәrin 59,9 faizi Bakıda yerlәşir.
Oktyabrın 1-nə hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olan 1 milyondan çox fәrdi sahibkar qeydiyyatdan keçib.
Statistikaya əsasən, yanvar-sentyabr aylarında ölkәnin iqtisadi vә sosial sahәlәrinin inkişafı üçün 10 milyard 430,2 milyon manat sərmayə qoyulub: “İnvestisiyanın 67,1 faizi mәhsul istehsalı sahәlәrinin, 23,9 faizi xidmәt sahәlәrinin, 9 faizi yaşayış evlәrinin tikintisinin payına düşüb. Әsas kapitala yönәldilmiş sәrmayәdә müәssisә vә tәşkilatların vәsaitlәri 6 milyard 246,9 milyon manat, büdcә vәsaitlәri 2 milyard 321,4 milyon manat, bank kreditlәri 679,9 milyon manat, әhalinin şәxsi vәsaitlәri 633,9 milyon manat, sair vәsaitlәr 357,5 milyon manat, büdcәdәnkәnar dövlәt fondlarının vәsaitlәri 190,6 milyon manat tәşkil edib.
Xarici ölkәlәr vә beynәlxalq tәşkilatların vәsaitlәri hesabına әsas kapitala yönәldilmiş vәsaitin 87,3 faizi Böyük Britaniya, Türkiyә, ABŞ, Yaponiya, İsveçrә, Malayziya, Norveç, Rusiya vә İran sәrmayәdarlarına mәxsus olub”.