2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52,1 milyard manatlıq, ötən ilin doqquz ayı ilә müqayisәdә 3,9 faiz az ümumi daxili mәhsul (ÜDM) istehsal edilib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda istehsal 6,4 faiz, qeyri neft-qaz sektorunda 2,4 faiz azalıb.
Әhalinin hәr nәfәrinә düşәn ÜDM 5222,5 manat göstərilir.
Rəsmi açıqlamaya əsasən, 2019-cu ilin yanvar-sentyabr aylarına nəzərən kәnd tәsәrrüfatının ümumi mәhsulu 1,5 faiz, o cümlәdәn bitkiçilik mәhsullarının istehsalı 0,1 faiz, heyvandarlıq mәhsullarının istehsalı 3,1 faiz artıb.
Yük daşınmasının 18,5 faiz, sәrnişin daşınmasının 37,4 faiz düşdüyü vurğulanır.
İnformasiya vә rabitә xidmәtlәrinin hәcmində isə 2,7 faiz artım qeydə alınıb.
2019-cu ilin doqquz ayı ilә müqayisәdә әhalinin gәlirlәrinin nominal ifadәdә 0,9 faiz azaldığı bildirilir.
Hesabata görə, yanvar-sentyabr aylarında dövlәt büdcәsinә 17964,5 milyon manat vәsait daxil olub, büdcәdәn 18642,1 milyon manat vәsait xәrclәnib, büdcәnin icrasında 677,6 milyon manatlıq kәsir yaranıb.