• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Kərimli daha iki həmsədr təklif edir

  • 16 Oktyabr 2020
0
SHARES
FacebookTwitterPinterest

AXCP sədri Əli Kərimli ATƏT-in Minsk qrupunun həmsədrlərinin artırılmasını təklif edir.

Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Novator.az-ın məlumatına görə, Əli Kərimli yazır ki, Minsk qrupunun həmsədrləri arasında Türkiyə və Avropa İttifaqı da təmsil olunmalıdır: “Bir halda ki, Azərbaycan-Ermənistan münaqişəsinin yenidən sülh danışıqları ilə həllinə cəhd olunacaq, o zaman vasitəçiliyi həyata keçirən Minsk qrupunun həmsədrlərinin tərkibində dəyişiklik də zəruridir. Minsk qrupu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyə, yəni Azərbaycanın işğal edilmiş torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi ilə münaqişənin dinc nizama salınmasına məsuldur. Ancaq həmsədrlər fəaliyyətdə olduqları müddətdə bu vəzifənin öhdəsindən gəlməyib, Azərbaycan xalqının etimadını xeyli dərəcədə itirib.

Moskvada əldə olunmuş atəşkəs razılaşmasına əsasən, tərəflər yenidən danışıqlar masasına oturmalı olacaqlar. Danışıqlar yalnız o halda real nəticə verə bilər ki, vasitəçilər tərəfsiz və çox nüfuzlu olsunlar. Minsk qrupunun hazırkı həmsədrlərini tərəfsiz saymaq mümkün deyil. Rusiya işğalçı Ermənistanın rəsmi hərbi müttəfiqidir. İşğalçını çox vaxt öz hesabına olmaqla silahlandıran da Rusiyadır.

ABŞ və Fransada isə çox güclü erməni diasporu bu ölkələri tərəfsiz olmağa qoymur. Nəticədə həmsədrlər və bütövlükdə Minsk qrupu, hətta ATƏT Azərbaycan xalqının etimadını itirir.

Türkiyənin Minsk qrupu həmsədrləri arasında olması xalqımızın bu qrupa etimadını artıra bilər. İmkan yaranar ki, həmsədr dövlətlər simpatiya və antipatiyalarını kənara qoyub beynəlxalq hüququn tələbi ilə hərəkət etsinlər.

Avropa İttifaqı isə regionda təsir və nüfuzunu günü-gündən artıran, həm Azərbaycan, həm də erməni xalqının böyük bir hissəsinin etimad və rəğbətlə yanaşdığı böyük gücdür. Bundan əlavə Avropa İttifaqı Rusiyanın nüfuz dairəsindən qurtulacaq, bir-birinin ərazi bütövlüyünə hörmət edəcək Azərbaycan və Ermənistanın dinc yanaşı yaşayışına təminat verə biləsi, hüququn üstünlüyünün təmin olunduğu daha cəlbedici alternativ siyasi platformadır. Avropa İttifaqının təmsilçiliyi ilə Minsk qrupu öz nüfuzunu ciddi şəkildə artırmış olacaq.

Minsk qrupunun həmsədrləri münaqişənin nizamlanmasını həqiqətən arzulayırlarsa, hökumət və parlamentlərini erməni diasporunun təzyiqindən xilas etmək istəyirlərsə, Türkiyə və Avropa İttifaqının da həmsədrlər arasında təmsilçiliyinə razı olmalıdırlar.

Ümid edirəm ki, Türkiyə və Avropa İttifaqı bu ağır məsuliyyəti üzərlərinə götürməyə ardıcıl təşəbbüs göstərəcəklər. Azərbaycan və Ermənistan da aralarındakı münaqişənin dinc yolla, hüququn üstünlüyü şərti ilə, dövlətlərin ərazi bütövlüyünün təmin olunması ilə nizamlanması şansını artırmaq üçün Türkiyə və Avropa İttifaqının bu prosesdə daha aktiv rol almasına razı olmalıdırlar”.

Avropa İttifaqı 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirir.

1988-ci ildən Azərbaycana təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirib, Cəbrayıl şəhəri və həmin rayonun bir çox kəndi, Füzuli, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Zöhrab Mnasakanyan oktyabrın 10-u Rusiya paytaxtı Moskvada görüşərək atəşkəs razılığı əldə edib. Atəşkəs rejiminin məqsədi hərbi əsirlər və digər saxlanan şəxslərin, ölənlərin meyitlərinin dəyişdirilməsidir.

Başqa bir razılığa əsasən, Azərbaycanla Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə və tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə dinc həlli üçün substantiv danışıqlara başlayırlar.

Atəşkəs rejimi oktyabrın 10-dan qüvvəyə minsə də, Ermənistan razılaşmanı pozur.

Doğum 10,8 azalıb, ölüm 11,2 faiz artıb

  • 16 Oktyabr 2020

Sahələr üzrə orta maaş

  • 16 Oktyabr 2020

Son materiallar

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

Rəylər

Do not miss

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

Son materiallar

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”

comments
ManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
ManşetXəbər

Ümumi daxili məhsul nə qədər artıb?

comments
ManşetXəbər

Böyük liqanın komandaları

comments
ManşetŞərh

Əziyyətli ölkə

comments
ManşetTribunaYazarlar

Əsl sərvət

comments
ManşetTribunaYazarlar

Acizlik, cılızlıq

comments
ManşetXəbər

Yoluxma, itki, peyvənd

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya 2022” nöqtəsi

comments
ManşetXəbər

“Bu siyasət atalarımızın vəsiyyətidir”

comments
ManşetTribunaYazarlar

Yaradanı yaradanlar

comments
Dünyanın səsiManşetXəbər

Nadir+ (Finalda çıxış ardıcıllığı)

comments
Dünyanın səsiManşetTribuna

“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir

comments
AktualManşetXəbər

Klub turnirlərinin yeni formatı

comments
AktualManşetXəbər

İllər üzrə pensiyaçı sayı

comments
ManşetXəbər

Maddi təzminat tələbi qüvvədə qalır

comments
AktualManşetXəbər

İsa Qəmbər çağırışı

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”nın finalçıları

comments
AktualDünyanın səsiManşetXəbər

Rus tankı qabyuyana möhtac

comments
AktualManşetXəbər

Sabiq dövlət başçısına 180 manat…

comments
ManşetXəbər

Demokratiyanın ixtisarı

comments
Dünyanın səsiManşetXəbər

Koronavirus itkiləri

comments
Dünyanın səsiManşetXəbər

Müharibə başlanandan rusiyalıların televiziyalara inamı azalıb

comments
Dünyanın səsiManşetXəbər

Kiyev metrosu köhnə adları arxivə verir

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistan aksiyalarının iki lideri

comments
AktualManşetXəbər

Orta pensiya statistikası (2005-2021)

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda