Nazirlər Kabineti yanında operativ qərargahın 14 oktyabr hesabatına görə, Azərbaycanda 2564 nəfər aktiv koronavirus xəstəsi var.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, 616 xəstə vəfat edib.
Novator.az bildirir ki, dünyada 8,5 milyondan çox adam koronavirusdan müalicə alır. Aktiv xəstə sarıdan ABŞ birinci yerdədir:2,6 milyon nəfər.
Yaxın ölkələrin göstəriciləri belədir:
Rusiya – 282,5 min nəfər
Ukrayna – 156,2 min nəfər
İran – 69039 nəfər
Türkiyə – 33068 nəfər
Moldova – 17365 nəfər
Ermənistan – 11830 nəfər
Gürcüstan – 6960 nəfər
Belarus – 5992 nəfər
Qırğızıstan – 4410 nəfər
Litva- 3667 nəfər
Qazaxıstan – 2801 nəfər
Özbəkistan – 2564 nəfər
Latviya – 1576 nəfər
Tacikistan – 1012 nəfər
Estoniya – 819 nəfər.