Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”
AZƏRTAC prezident İlham Əliyevin “France 24” televiziya kanalına oktyabrın 14-də verdiyi müsahibənin mətnini yayıb.
Dövlət başçısı Azərbaycanın Qarabağ cəbhəsində oktyabrın 10-dan qüvvədə olan humanitar atəşkəsə riayət etdiyini vurğulayıb: “Humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəldi və biz bunu dəstəklədik. Çünki həlak olmuş əsgərlərin meyitlərini və girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam etdirmək üçün doğru qərar idi.
Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilib. Bu, həmişə bizim mövqeyimiz olub. Ermənistan həmişə prosesi pozmağa və danışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışırdı. Bunları biz və Minsk qrupunun həmsədrləri rədd edib.
Bəyannamənin ən mühüm hissəsi ondan ibarətdir ki, danışıqların formatı dəyişməz qalacaq. Bu, çox önəmlidir. Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra fəaliyyətlərindən biri qondarma “Dağlıq Qarabağ respublikasının hökumətini” danışıqlar masasına cəlb etmək və danışıqların formatını dəyişmək idi. İyirmi ildən artıqdır ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında aparılır. Qondarma “Dağlıq Qarabağ respublikası hökumətini” danışıqlara cəlb etmək səyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəf formatın dəyişməz olaraq qalmasına sadiq qaldıqda, bu, hər şeyin əvvəllər razılaşdırılmış çərçivədə olacağı deməkdir.
Biz atəşkəs rejiminə əməl edirdik. Lakin Ermənistan atəşkəsi kobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir. Həmçinin onlar atəşkəsi hər gün pozurlar”.
İlham Əliyev atəşkəs elan olunandan bəri Azərbaycanın bütün artilleriya atəşini dayandırdığını deyib: “Biz işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə mülki şəxsləri heç vaxt qəsdən atəşə tutmuruq. Bizim hədəflərimiz yalnız hərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyən olunub. Odur ki, biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq. Lakin ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğuları yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə etməli idik. Atəşkəs müəyyən olunandan bəri biz ona sadiq idik, ancaq Ermənistan atəşkəsi pozdu, biz cavab verməli idik.
Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Onlar elə bunu etməyə çalışırlar, azad edilmiş əraziləri geri götürməyə cəhd edirlər. Xüsusilə Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim onlara məsləhətim belədir və Ermənistan hökumətinə və həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaq”.
Qarabağ münaqişəsində beynəlxalq vasitəçi olan, Fransa, ABŞ və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupundan danışan dövlət başçısı deyib ki, toqquşmaların əvvəlindən bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar gəlir: “Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Fransa prezidenti Makron mənə bir neçə dəfə zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın xarici işlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir. Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük”.
İlham Əliyev əlavə edib ki, Fransa prezidenti Suriyadan 300 döyüşçünün Azərbaycan tərəfdən vuruşmaq üçün gətirildiyini iddia etsə də, heç bir dəlil təqdim olunmayıb: “Mən hələ də dəlil gözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki, bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır. Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir”.
Prezident toqquşmalarda Türkiyənin hərbi iştirakının olmadığını da qeyd edib: “Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar”.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib
Müdafiə Nazirliyinin döyüş hesabatı
“Bu, Ermənistanın növbəti təxribatıdır”
İsveçdə yanlış Qarabağ təsəvvürü
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Prezident İlham Əliyevin xalqa müraciəti
“Ermənistan prezidentinin dedikləri feykdir”
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib
Prezident Gəncəyə raket hücumuna münasibət bildirib
Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi
Ermənistanın raket kompleksləri vurulub
“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”