Vətən İttifaqı – Xristian Demokratlar Partiyası Litvada oktyabrın 11-də keçirilmiş parlament seçkisində önə çıxıb. Novator.az bildirir ki, Baş Seçki Komissiyasının ilkin hesabatına görə, müxalif qurum 24,7% səs toplayıb.
Hakim Kəndlilər və Yaşıllar İttifaqı 17,5% səslə ikinci, Əmək Partiyası 9,4% səslə üçüncü yerdə gedir.
Sosial Demokrat Partiyasının 9,2%, Azadlıq Partiyasının 9%-dən bir az çox səs yığdığı vurğulanır.
141 yerlik parlamentin 70 deputatı proporsional, 71 deputatı majoritar sistemlə seçilir.