• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident Gəncəyə raket hücumuna münasibət bildirib

  • 11 Oktyabr 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

“Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür”. Bunu prezident İlham Əliyev “Tvitter” hesabında yazıb.

Dövlət başçısı bildirib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz.

Prezident İlham Əliyev daha sonra qeyd edib ki, Gəncə şəhərinin dinc sakinlərinin raketlə atəşə tutulması müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır: “Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”

Gəncəyə raket hücumunun Ermənistanın Vardenis rayonundan həyata keçirildiyini bildirən dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfinin məqsədi işğaldan azad olunmuş əraziləri yenidən işğal etməkdir.

Oktyabrın 11-nə keçən gecə Ermənistan silahlı qüvvələri Gəncə şəhərinin mərkəzində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.

Son məlumata görə, 9 nəfər həlak olub, 34 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, Azərbaycan torpaqlarının işğalına başlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) tutulub.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirib, Cəbrayıl şəhəri və həmin rayonun bir çox kəndi, Füzuli, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.

Oktyabrın 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Zöhrab Mnasakanyan Moskvada bir araya gəliblər. 11 saata yaxın çəkən, oktyabrın 10-na keçən gecə başa çatan görüşdə atəşkəs razılığı əldə olunub. Razılığa görə, 10 oktyabr saat 12:00-dan atəşkəs rejimi başlanmalı, hərbi əsirlər, digər saxlanan şəxslər, ölənlərin meyitləri dəyişdirilməli, həmçinin Azərbaycanla Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə və tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə dinc həlli üçün substantiv danışıqlara başlamalıdır.

Moskva razılaşmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycana hücumlarını davam etdirir, cəbhə bölgəsində itirdiyi mövqeləri geri qaytarmağa cəhd göstərir, eyni zamanda yaşayış məntəqələrini atəşə tutur. Oktyabrın 10-u və 11-nə keçən gecə düşmən Gəncə ilə yanaşı Tərtər şəhərini və Ağdam rayonunun ərazisini də atəşə tutub. Gecə saat 4 radələrində düşmənin Mingəçevir Su Elektrik Stansiyasını hədəfə alan raketlər göydə zərərsizləşdirilib.

Sentyabrın 27-dən bəri düşmən Tərtər, Goranboy, Naftalan, Ağdam, Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Gəncə, Mingəçevirdə dinc əhalini dəfələrlə raket və artilleriya atəşinə tutub. Cəbhə bölgəsindən çox uzaqda yerləşən Abşeron və Xızı rayonlarına da raket atılıb.

Cəbhədə gərginlik

Şiddətli döyüşlər gedir

Prezidentin xalqa müraciəti

Təhlükəsizlik Şurası toplanıb

Hərbi vəziyyət elan edilir

Komendant saatı gəlir

Komendant təyinatı, qismən səfərbərlik

Komendant saatında hərəkət: rəsmi qərar verildi

Füzuli döyüşləri, sərhəddə atəş

BMT baş katibinə deyilənlər

“Azərbaycan onlara yerini göstərəcək”

Merkellə telefon söhbəti

Cəlladlar peyda olur

Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib

“Rossiya 1”ə deyilənlər

Müdafiə Nazirliyinin zərbə hesabatı

Atəşkəs şərti

Yaralıları ziyarət, yeni mesajlar

Avropa İttifaqı rəhbəri ilə danışıq

16 mülki şəxs həlak olub

Arif Hacılının təklifləri

Üçlükdən atəşi dayandırmaq təklifi

Vahid Qazinin İsveç qəzetinə müsahibəsi

Ordu irəliləyir

Dağıntı və itki hesabatı

İsa Qəmbərdən həmsədrlərə cavab

Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”

Madagiz bizdədir!!!

Cəbhədə yeni qələbələr

Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu

Xalqa müraciət

“Ermənistan rəhbərliyi yaxşı düşünsün”

“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə

Ermənistandan raket atəşi

Atəşin qurbanları

Cəbrayıl

Prezident: “Sona qədər irəliyə gedəcəyik”

Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu

Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb

Suqovuşan rəsmiləşir

Çavuşoğlu ilə görüş

Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın

İşğal bölgəsi üzrə əhali

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Putinlə müzakirə

Dinc əhaliyə zərbələr

Putin Qarabağdan danışıb

Suqovuşan qanunu imzalandı

“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”

“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”

Mərkəzi Komanda Məntəqəsində

“İndi Azərbaycan özü status-kvonu dəyişir”

Dinc əhali: 31 ölüm qeydə alınıb

Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib

Putin atəşkəs təklif edir

Müdafiə Nazirliyinin döyüş hesabatı 

Atəş altında

“Bu, Ermənistanın növbəti təxribatıdır”

İsveçdə yanlış Qarabağ təsəvvürü

Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu

Prezident İlham Əliyevin xalqa müraciəti

“Ermənistan prezidentinin dedikləri feykdir” 

Razılaşma

Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri

Düşmən Gəncəni raketlə vurub

Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib

Müdafiə Nazirliyinin bəyanatı

Müdafiə Nazirliyinin bəyanatı

  • 11 Oktyabr 2020
  • comments

Cəbhədə vəziyyət

  • 12 Oktyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda