Oktyabrın 11-də Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir: “Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.
Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür”.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, Azərbaycan torpaqlarının işğalına başlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) tutulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirib, Cəbrayıl şəhəri və həmin rayonun bir çox kəndi, Füzuli, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Oktyabrın 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Zöhrab Mnasakanyan Moskvada bir araya gəliblər. 11 saata yaxın çəkən, oktyabrın 10-na keçən gecə başa çatan görüşdə atəşkəs razılığı əldə olunub. Razılığa görə, 10 oktyabr saat 12:00-dan atəşkəs rejimi başlanmalı, hərbi əsirlər, digər saxlanan şəxslər, ölənlərin meyitləri dəyişdirilməlidir. Həmçinin Azərbaycanla Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə və tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə dinc həlli üçün substantiv danışıqlara başlamalıdır.
Moskva razılaşmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycana hücumlarını davam etdirir, cəbhə bölgəsində itirdiyi mövqeləri geri qaytarmağa cəhd göstərir, eyni zamanda yaşayış məntəqələrini atəşə tutur.
Sentyabrın 27-dən bəri düşmən Tərtər, Goranboy, Naftalan, Ağdam, Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Gəncə, Mingəçevirdə dinc əhalini dəfələrlə raket və artilleriya atəşinə tutub. Cəbhə bölgəsindən çox uzaqda yerləşən Abşeron və Xızı rayonlarına da raket atılıb.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib
Müdafiə Nazirliyinin döyüş hesabatı
“Bu, Ermənistanın növbəti təxribatıdır”
İsveçdə yanlış Qarabağ təsəvvürü
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Prezident İlham Əliyevin xalqa müraciəti
“Ermənistan prezidentinin dedikləri feykdir”
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib