Oktyabrın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatını əsas götürən prezident Armen Sərkisyan Arqişti Karamyanı Milli Təhlükəsizlik Xidmətinin direktoru postundan çıxarıb. Novator.az-ın məlumatına görə, direktor səlahiyyətlərinin icrası Mikael Ambarsumyana həvalə olunub.
1991-ci il təvəllüdlü, Yerevan Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan Arqişti Karamyan Milli Təhlükəsizlik Xidmətinə bu il iyunun 8-dən direktorluq edirdi.