
Kimya üzrə Nobel iki qadına qismət oldu
- 07 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in Dünyanın səsiManşetXəbər
Fransalı Emmanuel Şarpentye və amerikalı Cennifer Dudna 2020-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülüblər. Novator.az xəbər verir ki, qərarı oktyabrın 7-də İsveç Elmlər Akademiyası açıqlayıb.
Alimlərə Nobel mükafatının genomun (orqanizmin quruluşu və fəaliyyəti üçün gərəkli bioloji informasiya) redaktə metodlarının kəşfinə görə verildiyi bildirilir.
Nobel mükafatının məbləği 1,1 milyon dollara yaxındır.
Səidə Hüseynova