• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qırğızıstanda üsyan

  • 06 Oktyabr 2020
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Qırğızıstanda parlament seçkisinin ilkin rəsmi nəticələrindən narazılıq böyüyüb.

Novator.az bildirir ki, oktyabrın 4-də keçirilmiş seçkiyə qatılan 16 siyasi partiyadan 4-ü 7 faizlik səs baryerini keçərək qanunverici orqanda təmsil olunmaq imkanı əldə edib: Birimdik Partiyası, Məkanım Qırğızıstan Partiyası, Qırğızıstan Partiyası, Bütün Qırğızıstan Partiyası.

Ölkədə ali icraedici orqan statusu daşıyan hökuməti 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən siyasi qüvvə qurur.

Parlament seçkisinin nəticələrini qəbul etməyən müxalif qüvvələr oktyabrın 5-i paytaxt Bişkekdə etiraz aksiyasına toplaşıblar. Onlar seçkinin nəticələrinin ləğvi və təkrar səsvermə tələbləri qoyublar. Əsas təşkilatçılardan biri sabiq prezident Almazbek Atambayevin oğlu Seyidbəy Atambayevin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası olub.

Axşama doğru aksiyaçılarla hüquq mühafizə təmsilçiləri toqquşub, yüzlərlə şəxs xəsarət alıb, bir nəfər ölüb.

Aksiyaçılar dünən axşam parlamentin və Prezident Administrasiyasının yerləşdiyi binanı, oktyabrın 6-na keçən gecə hökumət evini ələ keçiriblər. Onların Bişkek meriyasını tutduğu, Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında saxlanan sabiq prezident Almazbek Atambayevi həbsdən buraxdırdıqları da bildirilir.

Almazbek Atambayev prezident postunu 2011-2017-ci illərdə tutub. 2019-cu il avqustun 8-də həbs edilib. 2020-ci il iyunun 23-də Bişkekin Pervomaysk Rayon Məhkəməsi Almazbek Atambayevə 11 il 2 aylıq azadlıqdan məhrumetmə cəzası kəsib. Keçmiş dövlət başçısı 2013-cü ildə kriminal avtoritet Əziz Batukayevi həbsdən saxta tibbi sənədlər əsasında qanunsuz buraxdırmaqda təqsirli bilinib. Məhkəmə qərarı sabiq prezidentin dövlət təltiflərindən məhrum edilməsini, əmlakının bir hissəsinin müsadirə olunmasını da nəzərdə tutub.

Həbsdən bir gün öncə, 2019-cu il avqustun 7-də hüquq mühafizə orqanlarının əməkdaşları sabiq prezidenti tutmaq istəyərkən silahlı müqavimətlə üzləşiblər, Milli Təhlükəsizlik Komitəsinin bir zabiti həlak olub. Almazbek Atambayevə bu qarşıdurma ilə bağlı əlavə cinayət işləri açılıb.

Qırğızıstanda dövlət başçısı olan prezident ümumxalq seçkisində 6 il müddətinə seçilir. Heç kim bir dəfədən artıq prezident seçilə bilməz. İndiki prezident Sooronbay Jeenbekov 2017-ci ildən bu postdadır. Almazbek Atambayevlə Sooronbay Jeenbekov müttəfiq olublar. Amma Sooronbay Jeenbekovun prezidentliyi dövründə münasibətlər pozulub.

Daha üç kənd və bir neçə strateji yüksəklik azad o...

  • 05 Oktyabr 2020
  • comments

Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb

  • 06 Oktyabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda