Oktyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, müşavirədə aparılan əks-hücum əməliyyatının hazırkı vəziyyəti təhlil olunub, düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb.
Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirləri görməyi tapşırıb.
General-polkovnik Zakir Həsənov bildirib ki, düşmən “İskəndər” əməliyyat-taktiki raket komplekslərini tətbiq etsə, adekvat tədbir görüləcək.
Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.
1988-ci ildə Azərbaycana qarşı təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir. Cəbrayıl şəhəri və onun 19 kəndi, Füzulinin 5, keçmiş Ağdərə rayonunun 2 kəndi, bir çox strateji yüksəklik, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Düşmən Tərtər, Goranboy, Naftalan, Ağdam, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Gəncə, Mingəçevirdə dinc əhalini raket və artilleriya atəşinə tutur. Cəbhə bölgəsindən çox uzaqda yerləşən Abşeron və Xızı rayonlarına da raket atılıb.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu