Qırğızıstanda oktyabrın 4-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, seçkiyə ümumilikdə 1957 namizədlə qatılan 16 siyasi partiyadan 4-ü baryeri – 7 faizlik səs həddini keçib. Birimdik Partiyasının 24,5%-dən çox, Məkanım Qırğızıstan Partiyasının 23,9%, Qırğızıstan Partiyasının 8,7%-dən çox, Bütün Qırğızıstan Partiyasının 7,1%-ə yaxın səs topladığı bəyan olunub.
Ölkədə ali icraedici orqan statusu daşıyan hökuməti 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən siyasi qüvvə qurur. Dövlət başçısı olan prezident də ümumxalq seçkisində seçilir.