Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, oktyabrın 5-i səhər Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisindəki start mövqelərindən Azərbaycana atılan raket buraxılışını qeydə alıb.
Nazirlik bildirir ki, bütün cəbhə boyu sıxışdırılan düşmən bir neçə gündür Ermənistan ərazisindən Azərbaycanda əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir: “Hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri atəşə tutulur, adekvat tədbirlər görülür”.
1988-ci ildə Azərbaycana qarşı təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. Həmin gündən Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirir. Cəbrayıl şəhəri və onun bir çox kəndi, Füzulinin və keçmiş Ağdərə rayonunun bəzi kəndləri, Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad edilib.
Oktyabrın 4-də düşmən cəbhə bölgəsindən uzaqlıqda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron və Xızı rayonlarını raket atəşinə tutub. Cəbhə bölgəsində olan şəhər və kəndlər ağır artilleriyadan müntəzəm vurulur.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu