Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı bölgələr Ermənistanın işğalı altındadır. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir, bəzi ərazilər, o cümlədən Cəbrayıl şəhəri və onun bir çox kəndi azad edilib.
Novator.az bildirir ki, Cəbrayıl rayonu Araz çayının sahilində yerləşir, cənubdan İranla, cənub-qərbdən Zəngilan rayonu, qərbdən Qubadlı rayonu, şimaldan Xocavənd rayonu, şərqdən Füzuli rayonu ilə həmsərhəddir.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmi saytında verilən tarixi arayışa görə, Cəbrayılın əsası kənd kimi qoyulub.
Çar Rusiyası idarəçiliyi zamanı Cəbrayıl əvvəl Şuşa qəzasının tərkib hissəsi olub, sonra müstəqil qəza statusu alıb.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu 1918-ci ildən Cəbrayıl Gəncə quberniyasına tabe edilib.
1920-ci ildə qurulan sovet hakimiyyəti dövründə Cəbrayıl Gəncə dairəsinin tərkibində olub, 1921-ci ildə Cəbrayıl-Qaryagin qəzası qurulub, 1929-cu ildə Cəbrayıl Qarabağ dairəsinin idarəçiliyinə verilib.
1930-cu ildə Cəbrayıl rayonu yaradılıb.
23 avqust 1993-cü ildə işğal edilən Cəbrayıl rayonu Qarabağ müharibəsi zamanı 400-ə yaxın şəhid verib, 177 cəbrayıllı əlil olub, 91 nəfər əsir və itkin düşüb.
Rayonun ərazisi 1050 kvadrat kilometrdir.
2020-ci il iyulun 1-nə Cəbrayılın ərazisi 82 min nəfər göstərilib.
Cəbrayılın Cocuq Mərcanlı kəndi 1994-cü ilin yanvar ayının 5-də azad edilib. 2020-ci il sentyabrın 27-dən başlayaraq azad olunan kəndlər bunlardır: Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal.