Keçmiş Ağdərə rayonu istiqamətində irəliləyən Azərbaycan Ordusu oktyabrın 3-də Madagiz kəndində Azərbaycan bayrağını qaldırıb. Xəbəri özünün rəsmi “Tvitter” səhifəsində yayan prezident, ali baş komandan İlham Əliyev bunu da qeyd edib: “Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”
Rəsmi məlumata görə, İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib, təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırmağı tapşırıb. Hikmət Həsənov prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.
İlham Əliyev həmin gün “Tvitter” səhifəsində başqa bir açıqlama da verib: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!”
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. Həmin gündən Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirir. Füzuli, Cəbrayıl, Kəlbəcər və Ağdərə bölgələrində bəzi ərazilər, o cümlədən Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi