Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər. Rəsmi xəbər oktyabrın 3-də yayılıb.
2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.
Müdafiə Nazirliyinin hesabatına görə, oktyabrın 1-nə fonda 120,1 milyon manat toplanıb.
2020-ci ilin əvvəlinə fonda 106,9 milyon manat daxil olmuşdu.
Qurumun dollar, avro və rubl hesabları da var.