Oktyabrın 2-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 39,17 dollara düşüb. Xəbəri Energetika Nazirliyi yayıb.
Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 35 dollardır.
Novator.az bildirir ki, “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02, avqusta 44,36, sentyabra 45,92, oktyabra 40,92 dollarla başlayıb.
Ölkədə gündəlik xam neft hasilatı yanvarda 678 min barrel, fevralda 667,4 min barrel, martda 683,7 min barrel, apreldə 679,8 min barrel, mayda 557,2 min barrel, iyunda 553,8 min barrel, iyulda 554,1 min barrel, avqustda 584,6 min barrel olub.