• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vahid Qazinin İsveç qəzetinə müsahibəsi

  • 01 Oktyabr 2020
0
SHARES
FacebookTwitterPinterest

İsveçin “Bleking Länd Tindning” qəzetinin 1 oktyabr sayında bu ölkədə yaşayan azərbaycanlı yazıçı Vahid Qazi ilə müsahibə dərc olunub. Müsahibə yazıçının İsveç xarici işlər naziri Ann Lindeyə açıq məktubla müraciətindən (Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib) doğub.

– Azərbaycanda vəziyyət nə qədər ciddidir? Müharibəyə nə qədər yaxındır?

– Artıq neçə gündür bütün cəbhə boyu döyüşlər gedir. 26 ildir həll edilməyən münaqişə yenidən alovlanıb. Bu, lokal döyüş deyil, əsl müharibədir. Azərbaycanın şəhər və kəndləri bombalanır. Ölənlər arasında uşaqlar, qadınlar, qocalar var. Bu günlərdə Naftalan bölgəsində 13 və 14 yaşlı Fidan və Şəhriyar Qurbanovlar ailələriylə birgə erməni mərmilərindən həlak olublar.

– Nə üçün İsveç xarici işlər nazirinə müraciət etdiniz?

– İsveçin xarici işlər naziri öz “Tvitter” səhifəsində belə bir paylaşım edib: ”Azərbaycanla Ermənistan arasında döyüşlərin başlamasından narahatam. Dərhal dayandırılmalıdır”. O həmçinin qeyd edib ki, vəziyyətdən sülh yolu ilə çıxmaq üçün azərbaycanlı və erməni həmkarları ilə danışacaq, müzakirələr aparacaq. Mən də doğulduğu şəhəri 1993-cü ildən işğal olunan, yer üzündən silinən, xarabalığını görənlərin “Qafqaz Xirosiması” adlandırdığı Ağdam köçkünü kimi sülhpərvər bir ölkənin nazirinə müraciət etməyə ehtiyac duydum.

Demək istəyirəm ki, atəşkəs münaqişəni həll etmir, onu növbəti döyüşlərə qədər dondurur! Həll yolu yalnız işğalçı qoşunların Azərbaycan torpaqlarından çıxarılmasıdır.

– Sizcə, nə üçün İsveç Dağlıq Qarabağ münaqişəsinə qarışmalıdır?

– İsveç Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə başlayan müharibənin dinc çözülməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun üzvüdür. Mənim fikrimcə, problemin həllində İsveç də məsuldur. Amma təəssüf ki, Minsk qrupu 28 ildə sülhə nail ola bilməyib. Çünki qrupun daimi üzvlərindən biri Rusiya Ermənistana hərbi dəstək verib, ABŞ və Avropa İttifaqının aparıcı üzvlərindən olan Fransa isə seyrçi mövqe tutub.

Ümid edirəm ki, İsveç konfliktin ədalətli həllinə öz töhfəsini verə bilər.

– Azərbaycanda azad yaradıcılıqla məşğul olmaq mümkündürmü?

– Hakimiyyəti kəskin tənqid etməyənlər öz yaradıcılığını sərbəst davam etdirə bilir. Problem hakimiyyəti tənqid edəndə yaranır. Müstəqil jurnalistlər üçün iş yeri qalmayıb. Azad mətbuat sıradan çıxarılıb. Müxalif jurnalistlər, yazarlar ya Avropaya, ABŞ-a köçüb, ya da ölkədə susaraq yaşamağa məcbur edilib.

– Söz azadlığına hansı təhlükələr var?

– Çox təəssüf edirəm ki, Azərbaycanda həm söz və ifadə azadlığı, həm də insan hüquqları sahəsində çox ciddi problemlər var. Azad mətbuatın boğulmasının ağır nəticələri özünü müharibə dövründə daha aydın göstərir. Qarabağla bağlı dürüst, ədalətli informasiyanı dünya ictimaiyyətinə çatdırmaq çox çətinləşib. Bunu çatdırası müstəqil mətbuat qalmayıb.

Həbs edilən, ölkədən didərgin salınan, hətta öldürülən jurnalistlər var.

– Bölgədə sülh necə təmin oluna bilər?

– Azərbaycan hələ 30 il əvvəl Ermənistana təklif edirdi ki, torpaqların işğalına son qoyun, Bakı neftini Avropaya daşıyacaq kəmərləri Ermənistandan çəkək, Qafqazı rifah içində yaşayan azad insanlar ölkəsinə çevirək. SSRİ dağılandan sonra Litva, Latviya, Estoniya kimi biz Qafqaz ölkələri də Rusiyadan uzaq durub Avropaya inteqrasiya yolu tutaq. Təəssüf ki, Ermənistan Rusiyanın Qafqazda vassal dövlətinə çevrildi və biz tam azad ola bilmədik.

BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələri var. Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin qərarlarında da erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması tələb edilir. Münaqişənin yeganə həll yolu budur.

Baxmayaraq ki, SSRİ dövründə ermənilər Ermənistandan 1 milyondan çox azərbaycanlını deportasiya ediblər, etnik təmizləmə aparıblar, illərdir deyirdik ki, ermənilərə ən yüksək muxtariyyət verməyə hazırıq. İndi inanmıram Azərbaycan xalqı buna da razı ola.

Qısa deyim: əminəm ki, bu bölgəyə sülh Ermənistan öz qoşunlarını Azərbaycandan çıxarandan sonra gələcək.

İngemar Lönnbom

Vahid Qazi 1968-ci ildə doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

“Ədalət” qəzetinin müxbiri, “Azərbaycan” qəzetinin xüsusi müxbiri olub, Prezident Aparatında dövlət müşavirinin böyük inspektoru vəzifəsində işləyib. Müsavat Partiyasının mətbuat xidmətində çalışıb, “İnam” Plüralizm Mərkəzinə sədrlik, “III Sektor”, “Svobodnaya volya”, “Toplum” jurnallarına redaktorluq eləyib. Azərbaycan və İsveç yazıçılar birliklərinin üzvü, bir neçə kitabın müəllifidir.

İsveçdə 2012-ci ildən yaşayır.

Üçlükdən atəşi dayandırmaq təklifi

  • 01 Oktyabr 2020

Varşavada “Qarabağ” zəfəri

  • 01 Oktyabr 2020

Son materiallar

comments
Xəbər

Xərcin 51,5 faizi ərzağa gedir

comments
Xəbər

Sərmayə və sənaye göstəriciləri

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

Rəylər

Do not miss

comments
Xəbər

Xərcin 51,5 faizi ərzağa gedir

Son materiallar

comments
Xəbər

Xərcin 51,5 faizi ərzağa gedir

comments
Xəbər

Sərmayə və sənaye göstəriciləri

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

comments
Xəbər

Balakişi Qasımov ikinci müddətə doğru

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”

comments
ManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
Xəbər

Ticarət və daşınma hesabatları

comments
Xəbər

Qəza statistikası

comments
ManşetXəbər

Ümumi daxili məhsul nə qədər artıb?

comments
ManşetXəbər

Böyük liqanın komandaları

comments
ManşetŞərh

Əziyyətli ölkə

comments
ManşetTribunaYazarlar

Əsl sərvət

comments
ManşetTribunaYazarlar

Acizlik, cılızlıq

comments
Xəbər

Finiş havası

comments
ManşetXəbər

Yoluxma, itki, peyvənd

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya 2022” nöqtəsi

comments
VideoXəbər

Bakıda aksiya

comments
ManşetXəbər

“Bu siyasət atalarımızın vəsiyyətidir”

comments
ManşetTribunaYazarlar

Yaradanı yaradanlar

comments
Xəbər

Hasilatın ayı, ayları, illəri

comments
Xəbər

Maaş və qiymət artımı

comments
Dünyanın səsiManşetXəbər

Nadir+ (Finalda çıxış ardıcıllığı)

comments
Dünyanın səsiManşetTribuna

“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir

comments
AktualManşetXəbər

Klub turnirlərinin yeni formatı

comments
Xəbər

Ümumi təhsil qanunu son səsverməni geridə qoydu

comments
Xəbər

Pensiya qanunu necə dəyişir?

comments
Xəbər

Şuşa qanununda yeniliklər son oxunuşdan keçdi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda