ATƏT-in Minsk qrupuna həmsədrlik edən Rusiya, Fransa, ABŞ-ın prezidentləri Vladimir Putin, Emmanuel Makron və Donald Tramp oktyabrın 1-də Azərbaycan və Ermənistana çağırış ediblər. Novator.az-ın məlumatına görə, birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında gücün eskalasiyası ən qəti şəkildə qınanır, tərəflər hərbi əməliyyatları dərhal dayandırmağa çağırılır.
Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan rəhbərləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları heç bir ilkin şərt irəli sürmədən dərhal bərpa etmək öhdəliyi götürməlidir.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. Həmin gündən Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirir. Füzuli, Cəbrayıl, Kəlbəcər və Ağdərə bölgələrində bəzi ərazilər azad edilib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.
Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Qrupun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar