• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kim?

  • 01 Oktyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Dünyanın səsiXəbər

ABŞ-ın “Real Clear Politics” təşkilatı prezident seçkisi ilə bağlı yeni sorğu keçirib.

Noyabrın 3-nə təyin olunmuş prezident seçkisinin əsas namizədləri Respublikaçılar Partiyasından indiki dövlət başçısı Donald Tramp və Demokratlar Partiyasından sabiq vitse-prezident Cozef Baydendir.

Prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.

Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası yekun qərar verir və həmin qərar Konqresin iclasında təsdiqlənir.

Novator.az bildirir ki, “Real Clear Politics”in sorğusuna əsasən, hələlik Cozef Baydenin Seçicilər Kollegiyasına 226 nümayəndə, Donald Trampın 131 nümayəndə keçirmək imkanı var.

18-ci əsrin 70-ci illərində yaradılan ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir.

Donald Tramp 1946-cı ildə doğulub. 1999-cu ildə Respublikaçılar Partiyasına qoşulub.

2016-cı il noyabrın 8-də keçirilmiş prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. Seçicilər Kollegiyası 2016-cı il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib, həmin qərar Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib, yanvarın 20-də Donald Tramp səlahiyyətlərinin icrasına başlayıb.

Cozef Bayden 1942-ci ildə doğulub. 1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib.

1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.

2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.

Cenevrə konvensiyaları

  • 01 Oktyabr 2020
  • comments

Reportyorlar (92)

  • 01 Oktyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda