Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayıb. Rəsmi hesabata görə, oktyabrın 1-nə ehtiyatın həcmi 6 milyard 491,4 milyon dollar olub.
Novator.az bildirir ki, 2020-ci il 6 milyard 258 milyon dollarla başlayıb, fevralın 1-nə 6 milyard 340,8 milyon dollar, martın 1-nə 6 milyard 400,9 milyon dollar, aprelin 1-nə 6 milyard 393,8 milyon dollar, mayın 1-nə 6 milyard 401,7 milyon dollar, iyunun 1-nə 6 milyard 414,4 milyon dollar, iyulun 1-nə 6 milyard 436,3 milyon dollar, avqustun 1-nə 6 milyard 468,7 milyon dollar, sentyabrın 1-nə 6 milyard 483,9 milyon dollar valyuta ehtiyatı rəsmiləşib.
9 ayda 233,4 milyon dollarlıq artım qeydə alınıb.