Novator.az UEFA Çempionlar Liqasının qrup mərhələsində yarışacaq 32 komandanı təqdim edir:
İspaniya – “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”
İngiltərə – “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”
İtaliya – “Yuventus”, “İnter”, “Atalanta”, “Latsio”
Almaniya – “Bavariya”, “Borussiya” (Dortmund), “Leypsiq”, “Borussiya” (Mönhenqladbah)
Fransa – PSJ, “Marsel”, “Renn”
Rusiya – “Zenit”, “Lokomotiv” (Moskva), “Krasnodar”
Portuqaliya – “Portu”
Belçika – “Brügge”
Ukrayna – “Şaxtyor”, “Dinamo”
Türkiyə – “Başakşəhər”
Niderland – “Ayaks”
Avstriya – “Zalsburq”
Yunanıstan – “Olimpiakos”
Danimarka – “Midtülland”
Macarıstan – “Ferensvaroş”.
İndiki tərkibdən 12 klubun 1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə zəfəri var. “Real” 13, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” və “Mançester Yunayted” 3, “Yuventus” və “Portu” 2, “Marsel”, “Borussiya” (Dortmund) və “Çelsi” 1 titula sahibdir.
2020-2021 mövsümünün qrup raundu 20 oktyabr-9 dekabr arası keçiriləcək.