Neft neçəyədir?
AZƏRTAC-ın 18 sentyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 43,91 dollara satılır, brent markalı neftin barrelinə 43,59 dollar, layt markalı neftin barrelinə 41,21 dollar qiymət qoyulub. Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 35 dollardır. Novator.az...
Cəhənnəmdən keçmiş mələk (181)
Avtobioqrafik roman Dördüncü bölüm Müəllif: BİRCƏ Evə çatan kimi bir yorğan, bir döşək, bir yastıq ayırdım, mələfəsini, üzlüyünü, adyalını da üstünə qoyub bağlayıb Elşənə zəng vurdum. Evimizi tanıyırdı, Həmidin gözündən yayınmaq üçün işdən evə bir-iki dəfə onun maşınıyla gəlmişdim. Yorğan-döşəyi gö...
Manatdan baha…
Novator.az Mərkəzi Bankın təqdim etdiyi məzənnə cədvəlində hansı valyutaların Azərbaycan manatından baha olmasına nəzər salıb. Rəsmi kursu ən yüksək olan valyuta Küveyt dinarıdır: 5,5605 manat. İngiltərə funt sterlinqi bahalığa görə ikinci (2,2029 manat), avro üçüncü (2,0142 manat) yerdə gəlir. İlk ...
Klub turnirlərində 137 klub qalır
UEFA Çempionlar Liqasında dörd, Avropa Liqasında üç təsnifat mərhələsi arxada qalıb. Novator.az bildirir ki, sentyabrın 18-dək 2020-2021 mövsümünə buraxılmış 237 komandadan 100-ü ələnib: Çempionlar Liqasında 38, Avropa Liqasında 99 komanda qalır. 55 UEFA üzvünün 8-i (Qazaxıstan, Lixtenşteyn, Lüksemb...
“Neftçi” ələndi
UEFA Avropa Liqasının 2020-2021 mövsümündə yarışan Azərbaycan təmsilçisi “Neftçi” sentyabrın 17-də ikinci mərhələnin oyununu keçirib. Novator.az bildirir ki, Bakı Olimpiya Stadionunda Türkiyənin “Qalatasaray” komandasını qəbul edən paytaxt klubu 1:3 hesabı ilə uduzaraq turnirdən ələnib. Bakılılar bi...
Qurban Məmmədov Londondan müraciət yaydı
Xaricdə fəaliyyət göstərən “AzerFreedom” internet televiziyasının qurucusu Qurban Məmmədov sentyabrın 17-də açıqlama ilə çıxış edib. O, Türkiyədə tutulduğu barədə xəbərin yalan olduğunu bildirib. Qurban Məmmədovun tutulduğu barədə xəbər sentyabrın 17-si səhər oğlu Qoşqar Məmmədova istinadla yayılıb....
Döyüş gündəliyi (3)
Tofiq Yaqublu Artıq bizi könüllü əsgər kimi qeydə alıb hərbi forma vermişdilər. Bizi Müşfiqabad qəsəbəsindən Sumqayıta gedən yolun üstə yerləşən “Zelyonaya çast”da (Yaşıl hissə), SSRİ-dən qalmış hərbi hissədə yerləşdirdilər. Düşünürdük ki, bizi dərhal döyüşə aparacaqlar. Bir-iki gün buradan heç yana...
Yoldaşı Tofiq Yaqubluya baş çəkib
Məhbus siyasətçi Tofiq Yaqublunun xanımı Maya Yaqublu sentyabrın 17-si Bakıdakı “City Hospital” xəstəxanasında ona baş çəkib. Məlumatı Novator.az-a siyasətçinin qızı Nigar Həzi verib. Onun sözlərinə görə, atasının səhhəti ağırdır: “Ancaq anama aclıq aksiyasını davan etdirməkdə israrlı olduğunu deyib...
Sərhəd pozucusu öldürülüb
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, sentyabrın 17-də külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Qeyd olunur ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidmət apardığı Beyləqan rayonunun İkinci Şahsevən kəndi yaxınlığınd...
Müharibə veteranı Putinə müraciət edib
Qarabağ müharibəsi veteranı, hüquqşünas Yavər Hüseyn Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. Yavər Hüseyn 1961-ci ildə Şuşa şəhərində doğulub. Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunun tarix fakültəsini və Moskva Hüquq Akademiyasını bitirib. Milli azadlıq hərəkatının (1988-1991) fəalıdır....
Avropa Məhkəməsindən Mirqədirov qərarı
Sentyabrın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Rauf Mirqədirovun Azərbaycan dövlətindən şikayətini təmin edib. Jurnalistin Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı hüquqlarının pozulduğunu əsas ...
Pensiya sistemində dəyişiklik: istiqamətlər açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya sistemində yeniliklər anonsu verib. Sentyabrın 17-də yayılan rəsmi məlumata görə, pensiya qanunvericiliyində bu istiqamətlər üzrə dəyişikliklər nəzərdə tutulur: – pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə...
Harada nə qədər xəstə var?
Son rəsmi hesabatda Azərbaycandakı aktiv koronavirus xəstələrinin sayı 1940 nəfər göstərilib. Novator.az beynəlxalq statistikaya da nəzər yetirib. 2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirusa 30 milyondan çox adam yoluxub, hazırda onların 7,2 milyonu müalicə altındadır. ...
Qurban Məmmədov tutulub?
Sentyabrın 17-də Böyük Britaniyadan yayılan “AzerFreedom” internet televiziyasının qurucusu Qurban Məmmədovun Türkiyədə tutulduğu bildirilib. Xəbərdə Qurban Məmmədovun oğlu Qoşqar Məmmədova istinad olunub. Bir müddət sonra Qoşqar Məmmədov özünün “Facebook” səhifəsində atasının İngiltərədə olduğunu b...
Su təsərrüfatında yenilik
Nazirlər Kabineti su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi qaydasını yeniləyib. Novator.az-ın məlumatına görə, ölkə üzrə illik su təsərrüfatı balansını rəsmiləşdirən 1 nömrəli əlavə dəyişdirilib. Həmin balans son üç ilin faktiki (rejim) m...
Penalti məğlubiyyəti
UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandası üçüncü ələmə mərhələsində Norveç “Molde”si ilə görüşüb. Novator.az-ın məlumatına görə, sentyabrın 16-sı Kiprin Larnaka şəhərində keçirilən oyunun əsas və əlavə vaxtlarında hesab açılmayıb. Penalti seriyasında üstün gələn (6:5) nor...
Müdafiə nazirindən əmr və tapşırıqlar
Sentyabrın 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb. Rəsmi mə...
Gəlir-çıxar statistikası
Novator.az bəzi makroiqtisadi göstəricilərə nəzər salıb. Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2020-ci ilin yanvar-avqust aylarında kәnd tәsәrrüfatının ümumi mәhsulu 2019-cu ilin səkkiz ayı ilә müqayisәdә 1,9 faiz, o cümlәdәn bitkiçilik mәhsulları istehsalı 0,6 faiz, heyvandarlıq mәhs...
Döyüş gündəliyi (2)
Tofiq Yaqublu Beləcə, günlər davam edirdi. Hər gün Qarabağda baş verən silahlı toqquşmalardan, ölənlərdən, girov götürülənlərdən xəbərlər gəlirdi. Artıq özünümüdafiə batalyonları və onların komandirləri məşhurlaşmışdılar. Getdikcə səbrim daralırdı. Hansı rayonda özünümüdafiə batalyonuna kimin komand...
Tofiq Yaqublu sudan da imtina edə bilər
Vəkil Aqil Layıc sentyabrın 16-sı Bakıdakı “City Hospital” xəstəxanasında məhbus siyasətçi Tofiq Yaqubluya baş çəkib. Novator.az-ın məlumatına görə, Aqil Layıc özünün “Facebook” səhifəsində yazır ki, aclığı davam etdirən Tofiq Yaqublunun səhhəti pisdir: “Fikirlərini ifadə etməyə fiziki çətinlik çəki...