Məzənnə dalanı
2015-ci ilin devalvasiyaları fonunda dolların məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəldi, 2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatdı. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur. Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar-...
“O isə dəlisov-dəcəl bir uşaq…”
Sentyabrın 1-i şair Ələkbər Salahzadənin xatirə günüdür. Məmmədsalahlı Ələkbər Baba oğlu 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olub. Orta təhsilini kənddə, ali təhsilini indiki Bakı Dövlət Universitetində alıb. Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən ...
“Noviçok” nədir?
Rusiyalı müxalif lider Aleksey Navalnının sinir iflici törədən “Noviçok” maddəsi ilə zəhərləndirildiyi təsdiqlənib. Aleksey Navalnı bu il avqustun 20-də Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edərək huşunu itirib, təyyarə Omsk şəhərində təcili enib, siyasətçi 1 saylı Təcili Tibbi Y...
Orta maaş: Azərbaycan və yaxın ölkələr
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2020-ci il iyulun 1-nə Azərbaycanda muzdla işləyənlərin orta aylıq əməkhaqqı 720 manat olub. Novator.az yaxın ölkələrin göstəricilərinə də nəzər salıb. İyulun 1-nə Gürcüstanda orta maaş 1202 lari (664 manat), Ermənistanda 186 min dram (650 manat) məbl...
Cənnət uzaqlarda
Hikmət Sabiroğlu Tofiqin kömür kimi yanmış üzünə, heydən düşmüş gözlərinə baxa bilmirsən. Biz Cənnəti yağmalanmış Qarabağ döyüşçüsünü Cəhənnəmdə saxlayırıq axı! Müsavatçı Tofiqi həbsdə saxlaya bilərik, Müsavat çox məhbusluq görüb, amma Qarabağ döyüşçüsü Tofiqi buraxmalıyıq. Demirəm Tofiq gənc qızını...
Qarışqa yükü boyda
Vahid Qazi Tofiq Yaqublu Qarabağın insan üzüdür! Özü də tək ona görə yox ki, Tofiq Qarabağda vuruşub, qanını axıdıb. Həm də tale oxşarlıqları var. Biri həbsdə, o biri işğalda. Səbəbsə eynidir: haqsızlıq, zor, yalan. Adama elə gəlir ki, susmayıb Tofiqin azadlığına nail olsaq, durmayıb Qarabağı da xil...
2021-in büdcəsi gündəmə gəldi
Maliyyə Nazirliyi 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat proqnozlaşdırılır: “Gəlirlərin 57,3 faizi neft sektorunun, 42,7 faizi qeyri-neft sektorunun payına düşür...
Tofiqə hökm oxundu
Sentyabrın 3-ü Bakının Nizami Rayon Məhkəməsində məhbus siyasətçi Tofiq Yaqubluya hökm oxunub. Novator.az-ın məlumatına görə, Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinib. Siyasət...
Məhəbbət nağılı (11)
Aynur Təmkin *** Rəhman cibində qalan son manatlarını çıxardıb baxdıqdan sonra qaytarıb yerinə qoydu. Bu gün yeni qohumlarının qardaşı evində “Vağzalı” səslənəcəkdi. Kişi çıxılmaz vəziyyətdə idi. Əliboş, az miqdarda pulla toyda iştirak etmək istəmirdi. Başını itirb çarəsiz halda oturmuşdu. – A...
3 sentyabr qiymətləri
Sentyabrın 3-ü dünya bazarında bir barrel brent nefti 44,30 dollara, bir barrel layt nefti 41,43 dollar satılır. Məlumatı yayan Energetika Nazirliyi “AzəriLayt” markalı neftin barrelinə 44,92 dollar qiymət qoyulduğunu bildirir. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, may...
Uşaq İncəsənət Məktəbi yenilənib
Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 3-ü Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışına qatılıblar. AZƏRTAC xəbər verir ki, Uşaq İncəsənət Məktəbini Heydər Əliyev Fondu əsaslı təmir edib...
Təsdiqləndi: zəhər!
Almaniya hökuməti rusiyalı müxalif lider Aleksey Navalnının sinir iflici törədən “Noviçok” adlı xüsusi maddədən zəhərləndiyini açıqlayıb. Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. Bu il avqustun 20-də o, Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən ...
Narazılıq və xəbərdarlıq
Sentyabrın 2-si Bakıda Yunanıstanın yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən prezident İlham Əliyev bu ölkədən narazılıqları dilə gətirib: “Son bir neçə il aramızda çox aşağı səviyyəli əməkdaşlıq illəridir. Əvvəlki vaxtlarda daha fəal təmaslarımız olub. Mən sizin ölkənizə rəsmi sə...
Operativ qərargahdan
Sentyabrın 2-də yayılan rəsmi bilgiyə əsasən, Azərbaycanda daha 154 nəfər koronavirus infeksiyasına yoluxub, 2 xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargah yoluxanların ümumi sayını 36732 nəfər göstərilir: onların 538-i dünyasını dəyişib. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dü...
Nazirlər Kabinetinin iş qaydasında yeniliklər
Sentyabrın 2-də fərman imzalayan prezident İlham Əliyev Nazirlər Kabinetinin iş qaydasını və Nazirlər Kabinetinin Aparatı haqqında əsasnaməni yeniləyib. Novator.az bildirir ki, yeniliyə görə, Nazirlər Kabinetinin iclasına baş nazirin sədrlik etməsi qətiləşir. Yalnız prezidentin iştirakı ilə keçirilə...
Akademiyanın statusu
Novator.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hüquqi statusuna nəzər salıb. Akademiyanın ümumi yığıncağında qəbul olunmuş, Azərbaycan prezidentinin 11 dekabr 2014-cü il fərmanı ilə təsdiqlənmiş nizamnaməsinə görə, AMEA ölkədə elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-te...
Yeni kitablar
“Qanun” Nəşrlər Evinin yeni kitabları haqda qısa məlumatları təqdim edirik. Fridrix Niçe, “Zərdüşt belə deyirdi” Böyük alman filosofu Fridrix Niçenin (1844-1900) yaradıcılığı üç dövrü əhatə edir. Üçüncü dövrdə (1883-1888) o, “Zərdüşt belə söylədi”, “Xeyir və şərin o tərəfində” və s. əsərlərini yazır...
Hökm ərəfəsində: Tofiq aclığa başladı
Sentyabrın 2-si Bakının Nizami Rayon Məhkəməsində keçirilən prosesdə son sözlə çıxış edən məhbus siyasətçi Tofiq Yaqublu aclıq aksiyasına başladığını deyib. Novator.az-ın məlumatına görə, iclasda Tofiq Yaqubluya sentyabrın 3-də hökm oxunacağı bəyan olunub. Sentyabrın 1-də dövlət ittihamçısı Tofiq Ya...
Qondarma rejim 30 ilə gedir
Azərbaycan torpaqlarında qurulmuş işğalçı Dağlıq Qarabağ rejiminin “müstəqil dövlət” elan olunmasından 29 il ötür. Novator.az bildirir ki, 1988-ci il fevralın 13-dən Azərbaycanın Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonlarından ibarət Dağlıq Qarabağ Muxtar Vilayətində bölg...
Sentyabrda…
Milli Hidrometeorologiya Xidməti sentyabr ayının havası ilə bağlı rəsmi açıqlama yayıb. Məlumata görə, ay ərzində havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə normadan 1-3 dərəcə yüksək olacaq. Bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir: Bakı və Abşeron yarımadası ...