Müdafiə Nazirliyinin 30 sentyabr məlumatına görə, işğaldakı Azərbaycan torpaqlarının azad olunması uğrunda Azərbaycan Ordusunun gərgin döyüşləri davam edir.
Hesabatda qeyd olunur ki, sentyabrın 27-dən bəri düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnika, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemi, minaatan, 25-dək hava hücumundan müdafiə vasitəsi, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 50-dək tank əleyhinə vasitə, 55 ədəd avtomobil texnikası sıradan çıxarılıb.
Sentyabrın 29-da gedən döyüşlər ərzində Xocalı rayonunun Şuşakənd ərazisində düşmənin S-300 zenit-raket qurğusunun vurulduğu bildirilir: “İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə əks-həmlə əməliyyatı keçirilir. Hazırda bütün cəbhə boyu döyüşlər davam edir”.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”