Milli Məclisin 30 sentyabr iclasında payız sessiyasının qanunvericilik planı təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, iş planına 14 məsələ daxildir:
– Prezidentin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri
– Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri
– “Milli Məclisin İntizam Komissiyasının əsasnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi
– Cinayət Məcəlləsinin xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi
-“Daxili qoşunlar haqqında” qanun layihəsi
-“Hərbi qulluqçuların statusu” haqqında” qanun layihəsi
-“Lombardlar haqqında” qanun layihəsi
-“İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi
-“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi
-“Ali təhsil haqqında” qanun layihəsi
-“Turizm haqqında” qanun layihəsi
-“Kinematoqrafiya haqqında” qanun layihəsi
-“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi
-“Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihələri.