Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin təmsilçisi sentyabrın 29-u Daimi Şuranın xüsusi iclasında çıxış edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, çıxışda sentyabrın 27-si Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca Azərbaycanın mövqelərini atəşə tutaraq növbəti təcavüzə əl atdığı və cəbhə xətti boyunca irimiqyaslı hərbi təxribatlar həyata keçirdiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum və cavab tədbirləri həyata keçirir.
Çıxış zamanı beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Ermənistanın təcavüzkar əməllərinə adekvat reaksiya vermədiyi, eləcə də Helsinki Yekun Aktının prinsiplərinin yerinə yetirilməsində ikili standart və selektiv yanaşmanın tətbiq edildiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, atəşkəsin pozulması və vəziyyətin eskalasiyasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz mövcudluğu və münaqişənin davam etdirilməsidir: “Azərbaycan ümid edir ki, ATƏT-in Minsk qrupu Azərbaycanın niyyətinin ciddiliyini nəhayət tam anlayacaq və bölgədə sülhün təmin edilməsi üçün Ermənistandan işğal edilmiş ərazilərdən tam və qeyd şərtsiz çıxmasını tələb edəcək. Bu zamana kimi Azərbaycan legitim hərbi əməliyyatlarını davam etdirəcək”.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.
Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Qrupun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”