İsveçdə yaşayan azərbaycanlı yazıçı-publisist Vahid Qazi ölkənin xarici işlər naziri Ann Lindeyə məktub göndərib. Novator.az-ın məlumatına görə, Vahid Qazi nazirin “Tvitter” səhifəsindəki paylaşımına diqqət çəkir: “Yazırsınız Azərbaycanla Ermənistan arasında döyüşlərin başlamasından narahatam, dərhal dayandırılmalıdır”. Həmçinin qeyd edirsiniz ki, vəziyyətdən sülh yolu ilə çıxmaq üçün bu həftə azərbaycanlı və erməni həmkarlarınızla danışacaq, müzakirələr aparacaqsınız.
Sizin bu məsələyə biganə qalmamanıza, təşəbbüsünüzə böyük dəyər verirəm. Məni sizə yazmağa sövq edən səbəb bu döyüşlərdə uşaqların ölüm xəbəri oldu. Bu günlərdə erməni bombardmanları nəticəsində Azərbaycanın Naftalan bölgəsində 13 və 14 yaşlı Fidan və Şəhriyar Qurbanovlar ailələriylə birgə həlak oldular.
Bu həftə siz Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəksiniz. İstərdim xatırladım ki, İsveç Dağlıq Qarabağ münaqişəsinin dinc çözülməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun üzvüdür. Təəssüf ki, 28 il ərzində sülhə nail olunmayıb. Mənim fikrimcə, problemin həllinə İsveç də məsuldur, odur ki, sizə müraciət etməyə qərar verdim.
Atəşkəs münaqişəni həll etmir, onu növbəti döyüşlərə qədər dondurur!
BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycan torpaqlarından dərhal, qeyri-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələrini yadınıza salmaq istəyirəm. Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin qərarlarında da erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması tələb edilir. Münaqişənin yeganə həll yolu budur.
Ümid edirəm ki, söhbət zamanı Ermənistan xarici işləri nazirindən Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edəcəksiniz.
İsveç bütün dünyada neytral mövqeyi, sülhpərvər siyasətiylə tanınır. İnanıram ki, İsveç konfliktin ədalətli həllinə öz töhfəsini verə bilər”.
Vahid Qazi 1968-ci ildə Ağdam şəhərində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
“Ədalət” qəzetinin müxbiri, “Azərbaycan” qəzetinin xüsusi müxbiri olub, Prezident Aparatında dövlət müşavirinin böyük inspektoru vəzifəsində işləyib.
Müsavat Partiyasının mətbuat xidmətində çalışıb, “İnam” Plüralizm Mərkəzinə sədrlik, “III Sektor”, “Svobodnaya volya”, “Toplum” jurnallarına redaktorluq eləyib.
Azərbaycan və İsveç yazıçılar birliklərinin üzvü, bir neçə kitabın müəllifidir.
2012-ci ildən İsveçdə yaşayır.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş