• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Komendant təyinatı, qismən səfərbərlik

  • 28 Sentyabr 2020
0
SHARES
FacebookTwitterPinterest

Prezident İlham Əliyev hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında sərəncam imzalayıb. Sentyabrın 28-də imzalanan sərəncamla bu post daxili işlər naziri Vilayət Eyvazova həvalə edilib.

Dövlət başçısının digər sərəncam ilə Azərbaycanda qismən səfərbərlik elan olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Rəsmi açıqlamaya görə,  ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər – əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunacaqlar.

Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və bu son yaş hədlərinədək ehtiyatda olurlar:

əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – birinci dərəcə üzrə 35 yaş, ikinci dərəcə üzrə 45 yaş, üçüncü dərəcə üzrə 50 yaş;

kiçik zabitlər – birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş;

baş zabitlər: mayor və polkovnik-leytenantlar – birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş; polkovniklər – birinci dərəcə üzrə 55 yaş, üçüncü dərəcə üzrə 60 yaş;

ali zabitlər – birinci dərəcə üzrə 60 yaş, üçüncü dərəcə üzrə 65 yaş.

Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün 45 yaşdır.

Sentyabrın 27-si səhər Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun əks-hücumu ilə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları dağıdılıb, hakim yüksəkliklər nəzarətə götürülüb.

Goranboy istiqamətində hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Müdafiə Nazirliyinin 28 sentyabr məlumatına görə, Ağdərə bölgəsindəki Talış kəndi ətrafında bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib.

Sentyabrın 27-də prezident İlham Əliyev hərbi vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. Hərbi vəziyyət rejimi sentyabrın 28-i saat 00:00-dan Azərbaycanın bütün ərazisində qüvvəyə minib.

Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiqləyən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları yasaqlanır; xüsusi giriş-çıxış rejimi tətbiq olunur, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılması tədbirləri nəzərdə tutulur.

Komendant saatı gəlir

  • 27 Sentyabr 2020

Bölgələr üzrə kredit və əmanət

  • 28 Sentyabr 2020

Son materiallar

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Xəbər

Rəsmilərin qəbul cədvəli

Rəylər

Do not miss

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

Son materiallar

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Xəbər

Rəsmilərin qəbul cədvəli

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Xəbər

24 iyun qiyməti

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
ManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
Xəbər

Taleh Bağırovdan qərar və çağırış

comments
Xəbər

İlə 3,5 milyon avro

comments
Xəbər

Naxçıvanın sosial-iqtisadi göstəriciləri

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Xəbər

Gömrük statistikasının bəzi detalları

comments
Xəbər

FİFA-nın yeni reytinqi

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Xəbər

Generalın həbsi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda