• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlk iclasın planı

  • 25 Sentyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Sentyabrın 30-da Milli Məclisin payız sessiyası başlayır. Rəsmi məlumata görə, ilk iclasda payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunacaq, Hesablayıcı Komissiyanın üzvü seçiləcək, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi qərarı yenilənəcək.

Gündəlikdə olan qanun layihələri arasında Əmək Məcəlləsinə, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlara və 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər də var.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunların da yenilənəcəyi bildirilir.

Başqa layihələr bunlardır:

– Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik layihəsi (birinci oxunuş);

– “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik layihəsi (birinci oxunuş);

– Vergi Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş);

– “Təhsil haqqında” qanunda dəyişiklik layihəsi (birinci oxunuş);

-“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik layihəsi (birinci oxunuş);

– “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik layihəsi (birinci oxunuş);

– Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik layihəsi (birinci oxunuş);

– Mülki Prosessual Məcəllədə, Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik layihəsi (birinci oxunuş);

– Vergi Məcəlləsində dəyişiklik layihəsi (birinci oxunuş);

– Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik layihəsi (birinci oxunuş);

– İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi (birinci oxunuş);

– “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik layihəsi (birinci oxunuş);

– “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi (birinci oxunuş).

Döyüş gündəliyi (9)

  • 25 Sentyabr 2020
  • comments

Məşq

  • 25 Sentyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Çindən işğal hədəsi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukraynada sülh sorğusu

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan nə qədər turist qəbul edib?

GLOBALS:0
comments
Xəbər

Tərəfdaşların ixrac-idxal nisbəti

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Çindən işğal hədəsi

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Çindən işğal hədəsi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukraynada sülh sorğusu

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan nə qədər turist qəbul edib?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda