2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyinin rəsmi hesabatına görə, hasilat ötən ilin səkkiz ayı ilə müqayisədə təxminən 1,8 milyon ton az olub.
Səkkiz ayda 19,2 milyon ton neft (kondensatla birlikdə) ixrac edildiyi, bunun 2019-cu ilin yanvar-avqust aylarına nisbətən təxminən 1,7 milyon ton az olduğu vurğulanır.
AZƏRTAC-ın 23 sentyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 42,12 dollara satılır.
Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 35 dollardır.
Novator.az bildirir ki, “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02, avqusta 44,36, sentyabra 45,92 dollarla başlayıb.
Ölkədə gündəlik xam neft hasilatı yanvarda 678 min barrel, fevralda 667,4 min barrel, martda 683,7 min barrel, apreldə 679,8 min barrel, mayda 557,2 min barrel, iyunda 553,8 min barrel, iyulda 554,1 min barrel, avqustda 584,6 min barrel olub.