• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hakimiyyətdən umacaqlar

  • 22 Sentyabr 2020
0
SHARES
FacebookTwitterPinterest

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin 21 sentyabr toplantısında ölkədəki səfərbərlik, müharibəyə hazırlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, ordunun döyüş qabiliyyətinin artırılması ilə yanaşı xalqda hakimiyyətə etimadın yaradılması da çox vacibdir.

Novator.az-a verilən xəbərə görə, ADR-in İdarə Heyəti hakimiyyəti bütün siyasi məhbusları, o cümlədən Bakıdakı 14-15 iyul 2020-ci il aksiyası fonunda həbs olunanları azadlığa buraxmağa çağırıb.

Başqa bir tələbə əsasən, Rusiya xüsusi xidmət orqanlarına bağlı siyasi və hərbi elita nümayəndələrinin vəzifələrdən kənarlaşdırılması vacibdir.

Təşkilat həmçinin azad medianın, müstəqil vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinə əngəlləri aradan qaldırmağa, hərbi-vətənpərvərlik sahəsində təbliğat və təşviqat işləri gücləndirməyə səsləyir və bildirir ki, bütün bu işlər müharibəyə hazırlıq planının tərkib hissəsi olmalıdır.

2015-ci ildə yaradılan ADR Hərəkatına iqtisadçı alim Qubad İbadoğlu sədrlik edir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.

2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev, mayorları Namiq Əhmədov, Anar Novruzov, baş leytenantı Rəşad Mahmudov, gizirləri İlqar Zeynallı, Yaşar Babayev, çavuşu Vüqar Sadıqov, baş əsgəri Elşad Məmmədov, əsgərləri Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, Nazim İsmayılov və mülki şəxs Əziz Əzizov şəhid olublar.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, 7 polis əməkdaşı bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.

Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.

37 nəfər təqsirləndirilən şəxs var, onların 36-sı barədə həbs qətimkan tədbiri seçilib, 1 nəfər polis nəzarətinə verilib.

Cinayət məsuliyyətinə alınanların 16-sı AXCP üzvü, 2-si Müsəlman Birliyi Hərəkatının təmsilçisi, 1-i Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü, 18-i bitərəf şəxslərdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sentyabrın 21-də rəsmi məlumat yayaraq bildirib ki, ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılır.

Prezident: “Yeganə şərtimiz var”

  • 22 Sentyabr 2020

Girova yenə razılıq verilmədi

  • 22 Sentyabr 2020

Son materiallar

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
ManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
ManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

Rəylər

Do not miss

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

Son materiallar

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
ManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
ManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

comments
Xəbər

Rəsmilərin maaşı yenilənir

comments
ManşetXəbər

Büdcə yeniliyi son oxunuşdan keçdi

comments
ManşetXəbər

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

comments
Xəbər

Xəzər sammiti

comments
Dünyanın səsiManşetXəbər

NATO 32 yolunda

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə nə qədər xəstə var?

comments
Xəbər

Minsk qrupunda qadın diplomat

comments
Xəbər

“Əmək pensiyaları haqqında” qanun yeniləndi

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın nə qədər ərazisi zəbt olunub?

comments
Dünyanın səsiManşetXəbər

NATO döyüş hazırlığını yeddi dəfədən çox artırır

comments
ManşetXəbər

Dotasiya alan və almayan bölgələr

comments
ManşetXəbər

Büdcə zərfi, icra qanunu

comments
AktualManşetXəbər

Cəmil Həsənliyə Təbriz sorağı

comments
Xəbər

Yoluxmanın 2 il 4 ayı

comments
AktualManşetXəbər

Yarım ilin populyar adları

comments
ManşetXəbər

Kəlbəcərdə çıxış

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
AktualAktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Xəbər

Rəsmilərin qəbul cədvəli

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
AktualDünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Xəbər

24 iyun qiyməti

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
AktualManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda