• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bayden öndə görünür

  • 21 Sentyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Noyabrın 3-ü ABŞ-da prezident seçkisi keçiriləcək. Əsas namizədlər Respublikaçılar Partiyasından indiki dövlət başçısı Donald Tramp və Demokratlar Partiyasından sabiq vitse-prezident Cozef Baydendir.

Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Faynenşl Tayms” qəzeti ABŞ-ın “Real Clear Politics” təşkilatının apardığı sorğuya istinadla yazır ki, hazırda amerikalıların 50,1%-i prezident seçkisində Cozef Baydenə, 43%-i Donald Trampa səs vermək niyyətindədir.

Prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.

“Real Clear Politics”in sorğusuna əsasən, prezident seçkisi indi keçirilsə, Cozef Bayden Seçicilər Kollegiyasına 270 nümayəndə qazanar. Ümumilikdə 203 nümayəndəsi olan ştatlarda Cozef Bayden aşkar üstün, üst-üstə 67 nümayəndəsi olan ştatlarda qələbəyə yaxın göstərilir.

Sorğuya əsasən, Donald Trampın Seçicilər Kollegiyasına 131 nümayəndə keçirmək imkanı var. O, üst-üstə 77 nümayəndəsi olan ştatlarda liderdir, ümumilikdə 54 nümayəndəsi olan ştatlarda şanslıdır.

Ümumilikdə 137 nümayəndəsi olan ştatlarda seçicilər iki namizəd arasında tərəddüd edir.

18-ci əsrin 70-ci illərində yaradılan ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir.

Donald Tramp 1946-cı il iyunun 14-də doğulub. 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib.

Uzun illər tikinti biznesi ilə məşğul olan Donald Tramp 1999-cu ildə Respublikaçılar Partiyasına qoşulub.

2016-cı il noyabrın 8-də keçirilmiş prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb.

Seçicilər Kollegiyası 2016-cı il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib, yanvarın 20-də Donald Tramp səlahiyyətlərinin icrasına başlayıb.

Cozef Bayden 1942-ci il noyabrın 20-də doğulub. 1965-ci ildə Delaver Universitetini tarix və politologiya ixtisasları ilə, 1968-ci ildə isə Sirakus Universitetinin Hüquq Məktəbini bitirib.

Bir müddət hüquqşünas kimi fəaliyyət göstərən Cozef Bayden 1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib.

1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.

2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.

İlkin Nizami

Nə gətirmək olar?

  • 21 Sentyabr 2020
  • comments

Prezident: “Yeganə şərtimiz var”

  • 22 Sentyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda