Novator.az Azərbaycanın yaxın ölkələrlə rəsmi ticarət statistikasına nəzər salıb.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycan 2020-ci ilin yanvar-avqust aylarında Türkiyəyə 1,9 milyard dollarlıq məhsul ixrac edib.
Rusiyaya 463,3 milyon, Gürcüstana 334,4 milyon, Ukraynaya 276,3 milyon, Belarusa 98,1 milyon, İrana 22,5 milyon, Qazaxıstana 18,1 milyon, Türkmənistana 11,5 milyon, Özbəkistana 6,6 milyon, Moldovaya 3,4 milyon, Tacikistana 1,8 milyon, Litvaya 1,7 milyon dollarlıq, Qırğızıstana 949,3 min, Estoniyaya 863,6 min, Latviyaya 278,1 min dollarlıq ixrac qeydə alınıb.
Yanvar-avqust aylarında Azərbaycan Rusiyadan 1,2 milyard dollarlıq mal alıb.
Türkiyədən Azərbaycana 983,9 milyon, Ukraynadan 279,4 milyon, İrandan 181,6 milyon, Belarusdan 72 milyon, Qazaxıstandan 50,5 milyon, Türkmənistandan 49,8 milyon, Gürcüstandan 43,1 milyon, Özbəkistandan 40,3 milyon dollarlıq məhsul göndərilib.
Digər yaxın ölkələrdən idxal göstəriciləri belə rəsmiləşib:
Litva – 11,8 milyon dollar
Latviya – 7,9 milyon dollar
Moldova – 2,2 milyon dollar
Qırğızıstan – 2,1 milyon dollar
Estoniya – 1,9 milyon dollar
Tacikistan – 2,2 min dollar.