• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

18 oktyabr kampaniyası keçirilir

  • 14 Sentyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

İnternetdə 18 oktyabrın yenidən qeyri-iş günü olması istəyi ilə imza kampaniyası keçirilir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası 1991-ci ildə üç mərhələdən keçib: avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

Novator.az-ın məlumatına görə, 18 oktyabrın yenidən qeyri-iş günü olması istəyi ilə keçirilən imza kampaniyası barədə bilgi yayan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü – dövlət bayramıdır: “Dövlət müstəqilliyi Azərbaycan xalqının böyük tarixi nailiyyəti, ən böyük sərvəti və qürur mənbəyidir. Bu sərvəti qoruyub möhkəmləndirmək hər bir Vətən övladının müqəddəs borcudur. Müstəqillik Azərbaycan xalqının uzun illər apardığı ağır, şərəfli mübarizəsi sayəsində əldə edilib. 1991-ci il oktyabrın 18-də Ali Sovet (parlament) Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul etdi. Həmin vaxtdan 18 oktyabr qeyri-iş günü statusu alaraq hər il Dövlət Müstəqilliyi Günü kimi dövlət səviyyəsində qeyd olunurdu. 2006-cı il dekabrın 8-də Milli Məclis bu dövlət bayramının iş günü olması barədə zərərli və antikonstitusion qərar qəbul etdi və bununla da faktiki olaraq Dövlət Müstəqilliyi Gününün dövlət səviyyəsində keçirilməsinin qarşısı alındı”.

İctimaiyyətə müraciətində Qubad İbadoğlu vətəndaşları Dövlət Müstəqilliyi Gününün qeyri-iş günü statusunun bərpasını və bu bayramın əsas dövlət bayramı olaraq hər il dövlət səviyyəsində geniş və təntənəli keçirilməsini təmin etmək üçün imza verməyə çağırır.

Azərbaycanda qeyri-iş  günü sayılan bayramlar bunlardır: Yeni il (1-2 yanvar), Qadınlar Günü (8 mart), Novruz bayramı (20-24 mart), Qələbə Günü (9 may), Respublika Günü (28 may), Milli Qurtuluş Günü (15 iyun), Silahlı Qüvvələr Günü (26 iyun), Dövlət Bayrağı Günü (9 noyabr), Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (31 dekabr), Ramazan bayramı (iki gün) və Qurban bayramı (iki gün).

Digər dövlət bayramları – Dövlət Müstəqilliyi Günü (18 oktyabr), Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) 2007-ci ildən başlayaraq iş günü sayılır.

“Azad olmaq Tofiq bəyin haqqıdır”

  • 14 Sentyabr 2020
  • comments

Orta maaş, sənaye və sərmayə göstəriciləri

  • 14 Sentyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda