• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kim udur?

  • 11 Sentyabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Böyük Britaniyanın “Faynenşl Tayms” qəzeti ABŞ-ın “Real Clear Politics” təşkilatının apardığı sorğuya istinadla yeni rəqəmlər dərc edib. Novator.az bildirir ki, sorğuya əsasən, amerikalıların 50,7%-i 2020-ci ilin prezident seçkisində Cozef Baydenə, 42,6%-i Donald Trampa səs vermək niyyətindədir.

ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək. Əsas namizədlər Respublikaçılar Partiyasından indiki dövlət başçısı Donald Tramp və Demokratlar Partiyasından sabiq vitse-prezident Cozef Baydendir.

Prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Prezidentliyə namizədlərin heç biri bu qədər səs qazanmasa, dövlət başçısını Konqresin alt qanadı olan Nümayəndələr Palatası seçir.

“Faynenşl Tayms” qəzeti “Real Clear Politics” təşkilatının apardığı sorğuya istinadla yazır ki, prezident seçkisi indi keçirilsə, Cozef Bayden Seçicilər Kollegiyasına 279 nümayəndə qazanmaqla dövlət başçısı seçilər. Ümumilikdə 203 nümayəndəsi olan ştatlarda Cozef Bayden aşkar üstündür, üst-üstə 75 nümayəndəsi olan ştatlarda qələbəyə yaxındır.

Sorğuya əsasən, Donald Trampın Seçicilər Kollegiyasına 122 nümayəndə keçirmək imkanı var. O, üst-üstə 77 nümayəndəsi olan ştatlarda liderdir, ümumilikdə 45 nümayəndəsi olan ştatlarda şanslıdır.

Ümumilikdə 137 nümayəndəsi olan ştatlarda seçicilər iki namizəd arasında tərəddüd edir.

18-ci əsrin 70-ci illərində yaradılan ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir.

2016-cı il noyabrın 8-də keçirilmiş prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb.

Seçicilər Kollegiyası 2016-cı il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib, yanvarın 20-də Donald Tramp səlahiyyətlərinin icrasına başlayıb.

Cozef Bayden 2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.

İlkin Nizami

Sabir Rüstəmxanlı Tofiq Yaqublu ilə bağlı açıqlama...

  • 11 Sentyabr 2020
  • comments

Ticarət statistikası

  • 11 Sentyabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Doğrudanmı İran atom bombası astanasındadır? – “Doyçe Velle”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Raketlərin qaranlıqda atılmasının səbəbi – “Yerusəlim Post”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Doğrudanmı İran atom bombası astanasındadır? – “Doyçe Velle”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Doğrudanmı İran atom bombası astanasındadır? – “Doyçe Velle”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda