• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

1+6+19 (Məhkum cəbhəçilər)

  • 11 Sentyabr 2020
  • comments
  • hikmet
  • Posted in AktualŞərh

2020-ci il martın 22-dən başlayaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 37 üzvü müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası alıb. Novator.az bildirir ki, indi onların 1-i həbsdədir: Orxan Səlimzadə. Avqustun 18-i Bakıda tutulan AXCP üzvü Orxan Səlimzadəyə 30 sutka inzibati həbs cəzası verilib.

Hazırda 6 cəbhəçi azadlıqdan məhrumetmə cəzası çəkir. Novator.az bildirir ki, veteran məhbus – jurnalist Elçin İsmayıllı 2017-ci il fevralın 17-dən həbsdədir. Hədə-qorxu ilə tələb etmədə təqsirli bilinən cəbhəçiyə 7 il azadlıqdan məhrumetmə cəzası kəsilib.

Orxan Baxışlı 2018-ci il mayın 7-dən həbsdədir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib. Cəzasının müddəti 3 ildir.

Aqil Məhərrəmov və Babək Həsənov 2018-ci il mayın 25-də tutulublar. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmada təqsirli bilinən cəbhəçilərə 4 il və 3 il həbs cəzaları kəsilib. İttihama görə, 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, Aqil Məhərrəmov və Babək Həsənov bu işdə ona yardımçı olublar.

2018-ci il mayın 8-də tutulan Saleh Rüstəmova 7 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov bu il avqustun 7-də 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.

2020-ci il aprelin 20-də Zamin Salayev böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun üstündə bu il martın 24-də açılmış cinayət işi üzrə qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı da var.

Bu il daha 19 AXCP üzvü cinayət məsuliyyətinə cəlb olunub.

Aprelin 13-də jurnalist Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.

Niyaməddin Əhmədov aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsdə yatıb. Mayın 15-də ona terrorçuluğu maliyyələşdirmə ittihamı verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Mayın 16-da tutulan, iyulun 20-də ev dustaqlığına buraxılan Səid Məmmədzadə silahdan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir.

Bu il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, daha 11 hərbi qulluqçu və 1 mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.

Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı ilə AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Elnur Cabbarlı, Müşfiq Quliyev barəsində həbs qətimkan tədbiri seçilib, Elvin Məmmədov polisin nəzarətinə verilib.

İş qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmək; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparılır.

İyulun 14-15-i Bakıda keçirilən aksiyaya qatılan cəbhəçi Məhəmməd İmanlıya və Məmməd İbrahimin oğlu Mehdi İbrahimova epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması (xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) ittihamı verilib.

Məhəmməd İmanlı həbsdə, Mehdi İbrahimov ev dustaqlığındadır.

Ticarət statistikası

  • 11 Sentyabr 2020
  • comments

Adil Qeybulla Tofiq Yaqubluya baş çəkməsindən danı...

  • 11 Sentyabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Baydenin yalan dolu mirası – “Wall Street Journal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetYazarlar

Tramp hansı sabiqləri mühafizəsiz qoyub?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Baydenin yalan dolu mirası – “Wall Street Journal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetYazarlar

Tramp hansı sabiqləri mühafizəsiz qoyub?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda