• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saytlara qadağa: daha bir qərar çıxarılıb

  • 10 Sentyabr 2020
  • Posted in ManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi qanununa görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.

2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsi Azadliq.info, Azadliq.org, Azerbaycansaati.com, Meydan.tv saytlarına girişə və “Azərbaycan saatı” televiziya proqramının yayımına məhdudiyyət qoyulub. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.

Saytlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklanıb. Nazirlik məhkəməyə Baş Prokurorluğun müraciəti əsasında üz tutub.

“Azadlıq” radiosunun məlumatına görə, 2020-ci il sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi saytlarla bağlı işə yenidən baxıb. Qeyd olunur ki, 2017-ci ildə Elektron Təhlükəsizlik Mərkəzi təkcə Azadliq.info, Azadliq.org, Azerbaycansaati.com, Meydan.tv saytlarına girişə və “Azərbaycan saatı” televiziya proqramının yayımına deyil, sonradan həmin resurslara giriş imkanı verə biləcək internet saytlarına da blok qoyulmasını istəyib. Ancaq Səbail Rayon Məhkəməsi iddianın yalnız beş resursa aid hissəsini təmin edib. Eyni qərar apellyasiya instansiyasında və Ali Məhkəmədə də rəsmiləşib.

2020-ci il martın 19-da Ali Məhkəmənin Plenumu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlavə kassasiya şikayəti əsasında bu məsələyə baxıb, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv olunub, iş təkrar araşdırılma üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Qərarda göstərilib ki, bloklanan resurslar Səbail Rayon Məhkəməsinin qərarından yalnız özlərinə aid hissə ilə bağlı şikayət verib, amma Bakı Apellyasiya Məhkəməsi saytlara giriş imkanı verən resurslarla bağlı məsələyə də münasibət bildirib, Ali Məhkəmə isə həmin məqama diqqət yetirməyib.

2020-ci il sentyabrın 9-u Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak etməyib. Saytları təmsil edən vəkillər iddiaçı tərəf olmadan prosesin keçirilməsinə etiraz etsə də, hakimlər kollegiyası işə baxılmasını məqsədəuyğun sayıb.

Vəkillər bildiriblər ki, Ali Məhkəmə Plenumunun nazirliyin şikayəti əsasında məsələyə baxıb qərar verməsi qanunsuzdur, nazirlik Səbail Rayon Məhkəməsinin 12 may 2017-ci il qərarından narazı qalmışdısa, əvvəlcədən apellyasiya şikayəti, Ali Məhkəməyə kassasiya şikayəti verə bilərdi, qanun bu hüquqi addımları atmadan Plenuma şikayətə yol vermir.

Hakimlər kollegiyası bloklanmış saytların 2017-ci ildə verdiyi apellyasiya şikayətinə yenidən baxıldığını və onun təmin olunmadığını elan edib.

Beynəlxalq statistikadan…

  • 10 Sentyabr 2020

41 dollardan baha…

  • 10 Sentyabr 2020

Son materiallar

comments
Xəbər

31733 aktiv xəstə var

comments
Xəbər

“Qarabağ”, ya “Neftçi”?

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Xəbər

2889 şəhid, 24 itkin

Rəylər

Do not miss

comments
Xəbər

31733 aktiv xəstə var

Son materiallar

comments
Xəbər

31733 aktiv xəstə var

comments
Xəbər

“Qarabağ”, ya “Neftçi”?

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Xəbər

2889 şəhid, 24 itkin

comments
Xəbər

Hasilat da azalıb, ixrac da

comments
Xəbər

Büdcənin üç ayı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Təhlükə var

comments
Dünyanın səsiXəbər

Separatçılar geri dönür

comments
ManşetXəbər

Gömrükdə xəta: Konstitusiya Məhkəməsi yeni qərar çıxardı

comments
Dünyanın səsiManşetXəbər

Neftsiz ixracın lider ünvanları

comments
Dünyanın səsiManşetXəbər

Hacıqabuldan Rusiyaya mesaj

comments
Dünyanın səsiManşetXəbər

Rusiya ora 100 mindən çox qoşun yığıb – Jozep Borrel

comments
Xəbər

Hacıqabul səfərində

comments
Dünyanın səsiXəbər

ABŞ-ın Rusiyadakı səfiri məsləhətə gedir

comments
Dünyanın səsiManşetXəbər

Media azadlığı: Azərbaycan 180 ölkə arasında 167-cidir

comments
Xəbər

Zəngilanda yeni hərbi hissə

comments
ManşetXəbər

Səbinə Əvəzqızından təşəkkür

comments
Xəbər

Məişət tullantılarının 25 faizi enerjiyə gedib

comments
Dünyanın səsiXəbər

Gələn 4,4 dəfə, gedən 8,4 dəfə azalıb

comments
Dünyanın səsiXəbər

Türkiyəli sürücülər nədən gileylənir?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda