Nazirlər Kabineti yanında operativ qərargahın 7 sentyabr məlumatına görə, Azərbaycanda daha 89 nəfər koronavirus infeksiyasına yoluxub, 3 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 37418 nəfər göstərilir: onların 551-i dünyasını dəyişib, 2030-u aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 17 nəfər koronavirusun qurbanı olub.