• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təsdiqləndi: zəhər!

  • 03 Sentyabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Almaniya hökuməti rusiyalı müxalif lider Aleksey Navalnının sinir iflici törədən “Noviçok” adlı xüsusi maddədən zəhərləndiyini açıqlayıb.

Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. Bu il avqustun 20-də o, Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edərək huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb, siyasətçi 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Tomsk aeroportunda içdiyi çaydan zəhərləndiyi ehtimal olunan siyasətçi avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə alır.

Novator.az-ın məlumatına görə, sentyabrın 2-də Almaniya kansleri Angela Merkel Aleksey Navalnının zəhərləndiyini bəyan edib. Hökumət başçısı bunun Almaniya Silahlı Qüvvələrinin toksikoloji laboratoriyasında aparılan analizdə üzə çıxdığını vurğulayıb. Almaniya hökumətinin rəsmi açıqlamasında qeyd olunur ki, Aleksey Navalnı kimyəvi silah sayılan maddənin təsirinə məruz qalıb.

1976-cı il təvəllüdlü Aleksey Navalnı Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-ın Yel Universitetində də təhsil alıb.

2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaradıcılarındandır.

Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.

Narazılıq və xəbərdarlıq

  • 03 Sentyabr 2020
  • comments

Uşaq İncəsənət Məktəbi yenilənib

  • 03 Sentyabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda