• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qondarma rejim 30 ilə gedir

  • 02 Sentyabr 2020
0
SHARES
FacebookTwitterPinterest

Azərbaycan torpaqlarında qurulmuş işğalçı Dağlıq Qarabağ rejiminin “müstəqil dövlət” elan olunmasından 29 il ötür.

Novator.az bildirir ki, 1988-ci il fevralın 13-dən Azərbaycanın Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonlarından ibarət Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin dövlət hakimiyyəti orqanı – Xalq Deputatları Soveti SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırıb. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alıb, bununla separatçı hərəkat açıq hərbi təcavüzə çevrilib.

1991-ci ilin avqustunda SSRİ-nin dağılması sürətlənib, ayın 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpasına qərar verib.

1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan kənd rayonunun ərazisində elan olunub (Şaumyan kənd rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib, Goranboy rayonunun tərkib hissəsidir). Bunun ardınca müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərin işğalı başlanıb.

Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv edib. Azərbaycan parlamenti tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi Xocavənd rayonunun tərkibinə verilib.

1992-ci il fevralın 26-da Xocalı şəhəri, mayın 8-9-da Şuşa şəhəri işğal edilib.

Mayın 17-də Laçın şəhəri işğal olunub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib.

İyunun 14-də keçmiş Şaumyan kənd rayonu erməni işğalından qurtulub, iyulun 4-də Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçib, sonra rayonun böyük hissəsi azad olunub, Tərtər-Kəlbəcər yolu açılıb.

Azərbaycan parlamentinin 25 avqust qərarı ilə Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə keçib, 13 oktyabr qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.

1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilib.

1993-cü ilin fevral ayından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürüb, Tərtər-Kəlbəcər yolu yenidən bağlanıb.

Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçib.

İyunun sonunda ermənilər Ağdərə şəhərini yenidən zəbt edib.

İyulun 23-də Ağdam şəhəri, avqustun 23-də Füzuli və Cəbrayıl rayonları, avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri, ayın 31-də Qubadlı rayonu, oktyabrın 29-da Zəngilan rayonu işğal olunub.

1994-cü il yanvarın 5-də Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edilib.

1994-cü ilin mayın 12-də Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı Moskvada atəşkəs sazişi bağlayıblar…

Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.

Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib. 2020-ci il mayın 21-dən Araik Arutunyan başçıdır.

Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə ATƏT-in Minsk qrupu məsuldur. Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Sentyabrda…

  • 02 Sentyabr 2020

Hökm ərəfəsində: Tofiq aclığa başladı

  • 02 Sentyabr 2020

Son materiallar

comments
ManşetXəbər

Eldar Həsənov: yeni mərhələnin yeni tarixi

comments
ManşetTribunaYazarlar

Köhnə bazara təzə nırx

comments
ManşetXəbər

Xarici ticarətin yeddi ayı

comments
ManşetXəbər

Boşanmanın çox olduğu bölgələr

Rəylər

Do not miss

comments
ManşetXəbər

Eldar Həsənov: yeni mərhələnin yeni tarixi

Son materiallar

comments
ManşetXəbər

Eldar Həsənov: yeni mərhələnin yeni tarixi

comments
ManşetTribunaYazarlar

Köhnə bazara təzə nırx

comments
ManşetXəbər

Xarici ticarətin yeddi ayı

comments
ManşetXəbər

Boşanmanın çox olduğu bölgələr

comments
ManşetXəbər

Bölgələr üzrə orta pensiya

comments
AktualManşetXəbər

Əhali statistikası

comments
ManşetXəbər

Azərbaycanın xarici borcu

comments
AktualManşetXəbər

Pensiyaçıların sayı, orta pensiya

comments
AktualManşetXəbər

Müsavatçıların nizamnaməsi

comments
AktualManşetXəbər

Fəaliyyət növləri üzrə orta maaş

comments
ManşetXəbər

Yarım ilin demoqrafik hesabatı

comments
ManşetXəbər

115 əskik

comments

Yeni Laçın yolu

comments
AktualManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
ManşetXəbər

Macar səddi yarıldı

comments
ManşetXəbər

Artım və azalma açıqlamaları

comments
ManşetXəbər

Bakıda maaş, başqa göstəricilər

comments
ManşetXəbər

Müsavatçı həbsdə qalır

comments
AktualDünyanın səsiManşetŞərh

Koronavirusun universal peyvəndi gəlir? – ABC

comments
ManşetTribunaYazarlar

Ruhu bədəndən qovmaq!

comments
AktualDünyanın səsiManşetŞərh

Saxta xəbərin geniş meydanı – “Forbes”

comments
AktualManşetXəbər

Parlament sədrinə müraciət

comments
AktualManşetŞərh

22 milyon manatlıq itkinin hesabı

comments
AktualManşetXəbər

Narahatlıq, təklif

comments
ManşetXəbər

Londonda Azərbaycana təcavüz

comments
ManşetXəbər

1,7 manatın 4 il 5 ayı

comments
ManşetXəbər

Prezidentlərin telefon söhbəti

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiyadan qorxmamaq – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

Vaxt qoymaq zamanı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda