• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Akademiyanın statusu

  • 02 Sentyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Novator.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hüquqi statusuna nəzər salıb.

Akademiyanın ümumi yığıncağında qəbul olunmuş, Azərbaycan prezidentinin 11 dekabr 2014-cü il fərmanı ilə təsdiqlənmiş nizamnaməsinə görə, AMEA ölkədə elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, ölkəni elmi-texniki fəaliyyət sahəsində xaricdə təmsil edən dövlət ali elmi təşkilatıdır.

Akademiya öz tərkibinə seçilən üzvlərini (həqiqi, müxbir, fəxri, xarici üzvləri və fəxri doktorları), tabeliyində olan elmi müəssisə və təşkilatlarda çalışan elmi işçiləri, mütəxəssisləri, elmi xidmət və sosial xidmət sahəsi işçilərini birləşdirir.

AMEA üzvləri gizli səsvermə yolu ilə seçilmiş həqiqi, müxbir, xarici və fəxri üzvlərdən ibarətdir.

Akademiyanın Rəyasət Heyətinin aparatı və AMEA-nın strukturuna daxil olan elmi müəssisələr və təşkilatlar, regional elmi bölmə və mərkəzlər, elmi xidmət, xidmət və sosial xidmət müəssisələri onun vahid sistemini təşkil edir.

AMEA-nın strukturunu və işçilərinin say həddini akademiyanın təqdimatı əsasında Nazirlər Kabineti təsdiqləyir.

Akademiyanın ali idarəetmə orqanı onun ümumi yığıncağıdır.

Rəyasət Heyəti akademiyanın kollegial icra orqanıdır.

Akademiyanın fəaliyyətinə AMEA prezidenti rəhbərlik edir.

AMEA prezidenti ümumi yığıncaqda gizli səsvermədə 5 il müddətinə seçilir və Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilir. Ümumi yığıncaqda AMEA prezidenti seçilmək üçün səsvermədə iştirak edən həqiqi üzvlərin üçdə iki səs çoxluğu tələb olunur.

Akademiyanın ümumi yığıncağı azı ildə bir dəfə çağırılır. İllik ümumi yığıncaq hər il aprel ayında keçirilir.

Rəyasət Heyəti Akademiyanın prezidentindən, birinci vitse-prezidentlərindən, vitse-prezidentlərindən, akademik-katibindən, regional elmi bölmələrin sədrlərindən ibarətdir. Akademiyanın digər həqiqi üzvləri də Rəyasət Heyətinin üzvü seçilə bilərlər. Tərkibin formalaşdırılması akademiya prezidentinin təqdimatı ilə gerçəkləşir, bütün üzvlərin seçkiləri beş ildən bir keçirilir.

Rəyasət Heyətinin fəaliyyətinə rəhbərliyi və iclaslarına sədrliyi AMEA prezidenti həyata keçirir. Qurum akademiyanın maliyyə vəsaitlərinin baş sərəncamçısıdır.

Akademiyanın prezidenti qurumun vəzifələrinin icrasına görə məsuliyyət daşıyır.

2019-cu il oktyabrın 23-dən Milli Elmlər Akademiyasına Ramiz Mehdiyev prezidentlik edir.

1938-ci il təvəllüdlü Ramiz Mehdiyev fəlsəfə elmləri doktorudur.

1965-ci ildən Azərbaycanın komsomol və partiya təşkilatlarında rəhbər vəzifələr tutub. 1980-ci ildən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin şöbə müdiri, 1983-cü ildən Mərkəzi Komitənin katibi postlarında çalışıb.

1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.

1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri olub.

Təhlükəsizlik Şurasının üzvüdür.

Ramiz Mehdiyev AMEA-nın 11-ci prezidentidir. Yarandığı 1945-ci ildən bəri akademiyanın prezidenti postunu bu şəxslər də tutub: Mir Əsədulla Mirqasımov, Musa Əliyev, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fəraməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə.

Yeni kitablar

  • 02 Sentyabr 2020
  • comments

Nazirlər Kabinetinin iş qaydasında yeniliklər

  • 02 Sentyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Elm
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda