• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İki partiya qeydiyyata alındı

  • 01 Sentyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ədliyyə Nazirliyi Milli Cəbhə Partiyasını və Respublikaçı Alternativ Partiyasını dövlət qeydiyyatına alıb. Məlumat sentyabrın 1-də yayılıb.

Bununla dövlət qeydiyyatına alınan partiyaların sayı 61-ə çatıb.

Azərbaycanda siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır.

Novator.az bildirir ki, 2015-ci il sentyabrın 27-si Bakıda AXCP-nin VI (IX) qurultayı keçirilib, 2000-ci ildən partiyaya rəhbərlik edən Əli Kərimli yenidən sədr seçilib. Ancaq Ədliyyə Nazirliyi 27 sentyabr 2015-ci il qurultayının nəticələrini qeydə almayıb. Çünki nazirliyə AXCP adına iddia edən qrup da üz tutub. Həmin qrup 2015-ci il oktyabrın 18-si Bakıda etimad qurultayı keçirib Razi Nurullayevi AXCP sədri seçdiyini iddia edib. Ancaq bu qrup AXCP kimi tanınmayıb.

Razi Nurullayev 2009-2015-ci illərdə AXCP sədrinin müavini olub. O, 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkisində 79 saylı İmişli dairəsindən Milli Məclisə mandat alıb.

2020-ci il iyulun 27-də Razi Nurullayevin təşkilatı onlayn formatda qurultay keçirib və Milli Cəbhə Partiyası adını götürüb.

Respublikaçı Alternativ Partiyası (REAL Partiyası) 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, ancaq dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət etməyib.

Hökumət qurumları yer ayırmadığı üçün partiyanın təsis qurultayı 2018-ci il aprelin 7-də internetlə keçirilib, nizamnamə, proqram və atributlar qəbul edilib, seçki komissiyası formalaşıb. Aprelin 8-də isə təşkilatın Bakıdakı ofisində gizli səsvermə yolu ilə partiyanın sədri, Məclisin sərbəst üzvləri, Nəzarət-Təftiş Komissiyası seçilib.

Sədr postunu o zaman həbsdə olan İlqar Məmmədov tutub.

2019-cu il noyabrın 3-də REAL Partiyasının Məclisi növbədənkənar qurultay qərarı verib. Bu il avqustun 4-də partiya internet vasitəsilə təsis qurultayı keçirib. Qurultayda partiyanın nizamnaməsi və proqram sənədləri, atributları qəbul olunub, Siyasi Komitə formalaşıb. Avqustun 18-də Siyasi Komitə İlqar Məmmədovu partiya sədri seçib.

1992-ci il iyunun 3-də siyasi partiyalar qanunu qəbul ediləndən bəri ən çox partiyanın dövlət qeydiyyatına alındığı il həmin il olub. 1992-ci ildə 10 partiya dövlət qeydiyyatına götürülüb.

1993-ci ildə 8 partiya, 1994-cü ildə 5 partiya, 1995-ci ildə 7 partiya, 1998 və 1999-cu illərin hər birində 3 partiya, 2000-ci ildə 2 partiya, 2002-ci ildə 4 partiya, 2005-ci ildə 8 partiya, 2007-ci ildə 2 partiya, 2008, 2009 və 2011-ci illərin hər birində 1 partiya rəsmiləşib.

2020-ci il aprelin 16-da Azad Demokratlar Partiyası (sədri Sülhəddin Əkbərdir) və Yeni Zaman Partiyası (sədri Musa Ağayevdir), mayın 7-də Cümhuriyyət Xalq Partiyası (sədri Bədrəddin Quliyevdir) və Müstəqil Xalq Partiyası (sədri Əflan İbrahimovdur) dövlət qeydiyyatına götürülüb.

“Qarabağ” mərhələ keçsə…

  • 01 Sentyabr 2020
  • comments

“Neftçi”yə yeni mümkün rəqiblər

  • 01 Sentyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda