• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İqtisadçı hökumətə yol göstərir

  • 26 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Avqustun 21-də Nazirlər Kabineti fiziki şəxslərin istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirməsinin güzəştli və sadələşdirilmiş qaydalarını yeniləyib. Əsas dəyişikliklərdən birinə görə, sentyabrın 21-dən fiziki şəxsin gömrük sərhədindən keçirdiyi eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda artıq hissə gömrük ödənişinə cəlb ediləcək.

Başqa bir yeniliyə əsasən, gömrükdən maksimum 800 ABŞ dolları dəyərində malı ödənişsiz keçirmək mümkün olacaq. İndi yuxarı hədd 1500 dollardır.

Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisinə gətirilən mal üçün maksimal hədd 1000 dollardan 300 dollara enir.

Hökumətin qərarını tənqid edən iqtisadçı Natiq Cəfərli təklif verib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, vergi və gömrük yığımlarını artırmaq üçün camaatın boğazına çökmək səhv yoldur: “Əksinə, normal şərait yaratmalıdır ki, kiçik sahibkarlıq inkişaf etsin. Vətəndaşı ələbaxan etmək, zülmlə verilən 190 manat yardıma möhtac qoymaq yaxşıdır, yoxsa ona pul qazanmağa imkan yaratmaq? Axı çalışan, qazanan vətəndaş dövlətin sosial yükünü də azaldır.

Hökumət büdcəyə vəsait toplamaq istəyirsə, bunun sivil yolu var. 1000 dollardan 10000 dollara qədər mal sifarişləri VÖEN-ə bağlanır, yəni vətəndaş VÖEN açır, ayda bir dəfə bu məbləğdə mal sifariş vermək hüququ qazanır, malın dəyərinin 5%-i vergi şəklində büdcəyə ödəyir, rüsumdan, əlavə dəyər vergisindən azad olur. Hər 10000 dollara büdcə 500 dollar qazanır, həm də minlərlə vətəndaş kiçik sahibkara çevrilib rəqabətli mühitdə fəaliyyət göstərir”.

Qurgen Alaverdyana cinayət işi

  • 26 Avqust 2020
  • comments

Bölgələr üzrə ölüm statistikası

  • 26 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda