• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Lalə Şövkət yaxşılaşır

  • 23 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan qurumun lideri Lalə Şövkətin səhhəti barədə açıqlama yayıb.

Yoğun bağırsağındakı şişdən əziyyət çəkən Lalə Şövkət avqustun 22-si Bakıda əməliyyatı olunub. Avqustun 23-də Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan özünün “Facebook” səhifəsində yazıb ki, cərrahiyyə əməliyyatı uğurlu keçib, Lalə Şövkətin vəziyyəti yaxşılaşır: “Həkimlərə təşəkkürlərimiz sonsuzdur. Əlləri var olsun. Lalə xanımın səhhətindən narahat olanların hamısına və ayrı-ayrılıqda hər birinə təşəkkür edirik”.

Novator.az bildirir ki, Lalə Şövkət (Hacıyeva) 1951-ci il noyabrın 7-si Bakı şəhərində doğulub. Azərbaycan Tibb İnstitutunu bitirib, Moskvada Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasında internatura, ordinatura keçib.

Moskva Şəhər Elmi Tədqiqat Təcili Yardım İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi mütəxəssis vəzifələrində çalışıb, Rusiya Səhiyyə Nazirliyinin Elmi Mərkəzində idarə rəhbəri olub. Tibb elmləri doktorudur.

1993-cü il iyulun 7-də prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin fərmanı ilə dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib, prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilsə də, həmin vəzifədə çalışmaq istəməyib.

1995-ci ildə Azərbaycan Liberal Partiyasını yaradaraq həmin qurumun sədri seçilib. 2003-cü ildən partiyanın lideridir.

2005-ci ildə 17 saylı Yasamal dairəsindən Milli Məclisin deputatı seçilsə də, mandatından imtina edib.

Operativ qərargahın 23 avqust məlumatı

  • 23 Avqust 2020
  • comments

Bitdi…

  • 24 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda