• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Eldar Həsənov həbsi barədə nə deyir?

  • 21 Avqust 2020
0
SHARES
FacebookTwitterPinterest

Eldar Həsənov ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız sayır və saxlandıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heç bir ifadə verməyib.

Bunu mediaya diplomat Eldar Həsənovun vəkili Adil İsmayılov açıqlayıb.

Novator.az-ın məlumatına görə, avqustun 20-si axşam özünün “Facebook” səhifəsində KİV üçün qısa açıqlama yayan Adil İsmayılov bunları bildirib: “Eldar Həsənovun işi ilə əlaqədar mətbuata heç bir açıqlama verməyəcəkdim, indi də bu fikirdə qalıram. Əsas iki səbəbi var. Birincisi, hüquqlarını müdafiə etdiyim şəxs özü bunu istəmir. İkincisi, KİV-lər o qədər qütbləşib və siyasiləşib ki, seçim etmək çox çətindir. İndiki məqamda verəcəyim açıqlamanın harada yayımlanmasının özü də müvəkkilimin vəziyyətinə xələl gətirə bilər.

Ona görə qərara gəldim ki, öz səhifəmdə qısa açıqlama yayım, KİV-lər mənə istinadla yazdıqlarımı paylaşa bilər. Bunu etməyim də səbəbsiz deyil, son günlər ucuz sensasiya xətrinə heç bir əsası olmayan xəbərlər yayılır”.

Vəkil bildirir ki, Eldar Həsənovla 30 ildən artıq müddətdir şəxsi tanışlığı var. O qeyd edir ki, Eldar Həsənov 2020-ci il avqustun 13-ü səhər saat 9 radələrində evindən çıxaraq Xarici İşlər Nazirliyinə, yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən saxlanıb və Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb: “Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam. Həmin gün Eldar Həsənov şübhəli şəxs kimi saxlanıb, avqustun 14-də Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmənin qərarından apellyasiya şikayəti vermişik. Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və 14 avqust qərarını qüvvədə saxlayıb.

Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. O, ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız sayır və saxlandıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heç bir ifadə verməyib.

Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib. Onun səhhətində problemlər var, həkim olmadığım üçün, həm də onun xahişi ilə bu barədə ətraflı heç nə deyə bilmərəm. Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük”.

Dövlət Təhlükəsizliyi Xidməti 2020-ci il iyulun 3-dən Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, İşlər İdarəsinin müdiri, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri, Konsulluq İdarəsinin konsulluq-hüquq şöbəsinin rəisi, Konsulluq İdarəsinin rəisi həbs edilib.

İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.

Avqustun 13-də Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov tutulub.

Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub, orada orta təhsil alıb.

Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.

Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.

Eldar Həsənov

Şikayət verilib

Məhkəmə qərarı dəyişmədi

Həkimlər Navalnını xaricə aparmağa razılıq vermir

  • 21 Avqust 2020

Neft Fondunun büdcəsi necə dəyişir?

  • 21 Avqust 2020

Son materiallar

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Xəbər

Rəsmilərin qəbul cədvəli

Rəylər

Do not miss

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

Son materiallar

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Xəbər

Rəsmilərin qəbul cədvəli

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Xəbər

24 iyun qiyməti

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
ManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
Xəbər

Taleh Bağırovdan qərar və çağırış

comments
Xəbər

İlə 3,5 milyon avro

comments
Xəbər

Naxçıvanın sosial-iqtisadi göstəriciləri

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Xəbər

Gömrük statistikasının bəzi detalları

comments
Xəbər

FİFA-nın yeni reytinqi

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Xəbər

Generalın həbsi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda