Məhkəmə qərarı dəyişmədi
Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi diplomat Eldar Həsənovun həbsindən şikayətə baxıb. Vəkil Adil İsmayılovun yaydığı məlumata görə, şikayət təmin olunmayıb, Səbail Rayon Məhkəməsinin 14 avqust qərarı qüvvədə saxlanıb. Dövlət Təhlükəsizliyi Xidməti 2020-ci il iyulun 3-dən Xarici İşlər Nazirliy...
Yoluxma statistikası
Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 34759 nəfərə çatıb: onların 32511-i müalicə olunaraq sağalıb, 510-u vəfat edib, 1738-i aktiv xəstədir. Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, avqustun 20-də 139 yeni yoluxma qeydə alınıb. 2019-cu ilin dekabr ayında Çind...
İcra başçısının həbsi: rəsmi bilgi yayıldı
Avqustun 20-də Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayıb. Rəsmi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyətindəki qanun pozuntularına dair siqnallar əsasında araşdırma apararaq cinayət işi başlayıb: “İstintaqla Kürdəmir Rayon İcra...
Məhərrəmlik müraciəti
Avqustun 20-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının müraciəti yayılıb. Qeyd olunur ki, hicri-qəməri təqvimi ilə 1442-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i 2020-cü il avqust ayının 21-nə, Aşura günü həmin ayın 30-na düşür. Hicri-qəməri təqvimi ilə 61-ci ilin onuncu günündə Kərbəla çölü...
Sxem dəqiqləşdi
UEFA Çempionlar Liqasının 2020-2021 mövsümünün sxemi tam dəqiqləşib. Novator.az bildirir ki, turnirə qrup mərhələsindən (20 oktyabr-9 dekabr) bu komandalar başlayır: İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”; İngiltərədən “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”; İtal...
Aleksey Navalnı ağır vəziyyətdədir
Rusiya müxalifətinin əsas lideri sayılan Aleksey Navalnı avqustun 20-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Novator.az-ın məlumatına görə, Aleksey Navalnı Tomsk şəhərindən paytaxt Moskvaya uçurmuş. Təyyarə havada olarkən Aleksey Navalnı özünü pis hiss edib, Omsk şəhərində təcili eniş zərurəti...
Lotu Quli öldürülüb
Kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə odlu silahla qətlə yetirilib. Avqustun 20-nə keçən gecə yayılan məlumata görə, Lotu Quli Antalya mehmanxanalarının birində yaxın şəxsin hücumuna məruz qalıb. Güllə yaraları alan Nadir Səlifovun xəstəxanaya çatdırıldığı, orada dünya...
Peşə Təhsilinin İnkişafı Fondu nə iş görəcək?
Nazirlər Kabineti Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılmasına qərar verib. Publik hüquqi şəxs olan fondun işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib. Novator.az bildirir ki, nizamnaməsinə görə, Peşə Təhsilinin İnkişafı Fondu peşə təhsili sahəsində gəlir və...
Nöqtə zamanı
Avqustun 23-ü Portuqaliyanın paytaxtı Lissabonda UEFA Çempionlar Liqasının 2019-2020 mövsümünün final oyunu keçiriləcək. Titul uğrunda PSJ ilə “Bavariya” mübarizə aparır. Novator.az bildirir ki, 1955-ci ildə yaradılmış, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə 22 klubun zəfəri var. Madr...